Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Fev
    Sosial 1796 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ildə Tərtər rayonunda 1796 yeni iş yerləri açılmışdır ki, onların 907-si daimi iş yerləridir. Daimi iş yerlərinin 18-i yeni yaradılmış müəssisə və təşkilatlarda,100-ü mövcud müəssisə və təşkilatlarda, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 761-i isə fiziki şəxslərdə açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli vahidlər, abadlıq işləri) 889 mövsümü iş yerləri açılmışdır. Ümumiyyətlə, son beş ildə Tərtər ra-yonunda 15 min 857 yeni iş yerləri açılmışdır ki, onun da 5165-i daimi iş yerləridir.

  • 24Fev
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.

                                                 HEYVANDARLIQ İNKİŞAF EDİB

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2020-ci il yanvar ayının 1-nə Tərtər rayonunda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilə nisbətən 4 faiz və ya 1147 baş artıb. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Daha ətraflı »

  • 24Fev
    Digər Xocalı soyqırımı–tarixin qanlı ləkəsi üçün şərhlər bağlıdır

    QARABAĞIN FƏRYAD ZİRVƏSİ

    Azərbaycanın–Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalı Xankəndi (indiki Stepanakert) şəhərindən 14 km şimal-şərqdə yerləşir.
    1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş mesxeti türkləri də məskunlaşmışdılar. Daha ətraflı »

  • 24Fev
    Digər XOCALIDA NEÇƏ-NEÇƏ ƏSGƏRLƏR TƏRƏFİNDƏN ZORLANAN 12 YAŞLI AZƏRBAYCANLI QIZ üçün şərhlər bağlıdır

    Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.
    Şüurlu bir təkliyin içində özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!
    Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
    Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar!… Daha ətraflı »

  • 24Fev
    Digər MÖHTƏŞƏM QAYIDIŞ üçün şərhlər bağlıdır

    Yay son günlərini başa vurmaqda idi. Hamı isti ayların qurtarmasını, payızın gəlişini səbirsizliklə gözləyirdi. Maya ana da sevinc içində idi. Tezliklə onun övladı olacaqdı. Nəhayət, o gün gəlib çatdı. Bəhruz ataya oğlu olduğunu xəbər verdilər. Ata öz oğluna Nicat adını qoydu və dedi:
    –Qoy mənim oğlum böyüyüb, Vətəninə, xalqına layiqli igid olsun.
    İllər sürətlə keçdi. Nicat məktəbə getdi, müəllimlərinin, məktəbin sevimlisi oldu. Anası ondan: “Oğlum, böyüyəndə kim olacaqsan?”–deyə, soruşanda:
    –Mən hərbçi olacağam və torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm–deyə, cavab verərdi. Daha ətraflı »

  • 24Fev
    Digər Qarabağ müharibəsi əlillərinin yaddaşından üçün şərhlər bağlıdır

                                                        MÜQƏDDƏS XATİRƏLƏR

    1990-cı illərin əvvəlləri yaddaşlarada hərc-mərclik, münaqişə, iğtişaşlar və müharibə dövrü kimi xatırlanır. Xüsusilə o illər kiçik yaşlı uşaqların yaddaşına, mərmi, güllə səsləri ilə yazılıb. Xatırlandıqca “Qrad”ların, “Alazan”ların, “Kristal”ların uğultuları, vıyıltı səsləri qulaqlarda əks-səda verir. Mənfur qonşumuz olan ermənilərin fitnəkar siyasəti nə böyükləri, nə də uşaqları dinc yaşamağa qoymurdu. Gecənin tən yarısında top-tüfəng səsinə şirin yuxudan ayılmaq dəhşətiydi.
    İlqar Vəliyevin anası Hafizə Zəngilan rayonundan olduğu üçün İlqar da 1976-ci ildə orada doğulmuşdu. Ailənin tək övladı olub. Tale uşaqlıqdan İlqarı sınağa çəkib. Hələ bir yaşı olarkən anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Odur ki, altı yaşa kimi İlqarın qayğısını əvvəl ana nənəsi Pakizə, sonra isə ata nənəsi Gülüstan çəkib. On bir- on iki yaşı olanda erməni quldurlarının atdığı atəşlərin tükürpədici səslərinə yuxudan ayılan uşaqlardan biri də İlqar idi. Daha ətraflı »

  • 24Fev
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genefondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
    Azərbaycan ailəsi hər şeydən əvvəl milli-adət ənənələrimizi özündə yaşatmalıdır. Son illərdə Qərbdən daxil olan adətlər bizim milli adətlərimizə öz mənfi təsirini göstərməkdə davam edir. Açıq etiraf etmək lazımdır ki, ailələrdə hərkə-hərkəlik, böyük-kiçik, qadın-kişi saymazlığı milli-mentalitetimizə uyğun olmayan tərbiyə metodları ailələrimizin dağılmasına gətirib çıxarır. Daha ətraflı »

  • 10Fev
    Digər GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər.
    Tədbir “Asiman” şadlıq sarayında davam etdirildi.
    Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, böyük diqqətin nəticəsidir. Daha ətraflı »

  • 10Fev
    Tərtər RİH-də DÜYƏRLİ KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından danışdı.
    Sonra icra başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər İƏD üzrə icra nümayəndəliklərində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

                                                                                GÖRÜLMÜŞ İŞLƏR MÜZAKİRƏ OLUNDU

    Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2019-cu ildə gördüyü işlər barədə hesabat yığıncağı keçirildi. Yığıncaqda inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri,Tərtər bələdiyyəsinin üzvləri, ərazidə yerləşən idarə, müəssisə və təşkilatların təmsilçiləri, ağsaqqallar, gənclər və ərazidə məskunlaşmış məcburi köçkünlərin nümayəndələri iştirak etdilər. Tədbirdə İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Sahib Həsənov 2019-cu ildə görülmüş işlər barədə geniş məruzə etdi. Məruzədə rayonda, eləcə də Tərtər şəhərində aparılan quruculuq-abadlıq işlərindən, şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən bəhs olundu, küçələrin abadlaşdırılması, yaşıllaşdırma işlərinin aparılması, sakinlərin qaz, su və elektrik enerjisi ilə tam təmin olunması, həmçinin yol verilmiş nöqsanlar və s. barədə söz açıldı. Daha ətraflı »

    Teqlər: