SİLAHLI QÜVVƏLƏR GÜNÜ
Azərbaycanda silahlı Qüvvələrin yaranmasından 102 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhu-riyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Daha ətraflı »


BMT narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə bu günü elan edib.
Tərtərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətində yaradılan koronavirusa qarşı mübarizə qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.
“Bala Kirpi” səhər-səhər yatağından qalxdı. Vacib olan işlərini gördü, əllərini, ağzını, burnunu sabunla möhkəm-möhkəm yudu, yeməyini yedi, çayını içdi, bir də sabunlama əməliyyatı apardı, geyindi-kecindi, spirtləndi, hətta cib telefonunu, fotoaparatını spirtli pambıqla sildi, sonra “Bala Tutuquşu”na zəng elədi. O başdan gələn “Alo” sözünü eşidən kimi dedi:
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.
Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Yeni ismarıclar