Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek
    Gülüm, axı hamı məni tanıyır,

    Bilmədiyin nə öyrənib getmisən?

    İndiyədək çəmən məni qınayır,

    Çiçəklərə gileylənib getmisən.

     

    Yar, olmaya canım sənə qəfəsmiş,

    Aramızdan nə çatlayıb, nə əsmiş?

    Bəlkə sevgi sənin üçün həvəsmiş?

    Ətrafımda veyillənib getmisən.

     

    Axı məni yoxun-varın bilirdin,

    Al günəşin, ilk baharın bilirdin,

    Saçlarımı zirvə qarın bilirdin;

    Bəlkə, elə o sellənib getmisən?

    Bir zamanlar hər an dil-dil ötərdin,

    Çeşmələrdən, bülbüllərdən  betərdin,

    Nə sevincin bəlli oldu, nə dərdin

    Nə  hönkürüb, nə  dillənib getmisən.

     

    Sevənlərdir xatirələr qoruyan,

    Torpaqları göz yaşıyla doyuran,

    Yollar çoxdur insanları ayıran –

    Hara baxsan, şaxələnib getmisən

     

    Tab edərdim məkrindəki qılınca,

    O yaxşıydı – xəzəl olub solunca,

    İstəsəydin-su atardım dalınca

    Göz yaşlarım səpələnib, getmisən..

    Vahid ƏZİZ

     

    Müəllif: Redaktor, 08:38

İsmarıclar bağlıdır.