Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

     

                                                                                                          Üzüm
    Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2 və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
    Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.
    Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prosesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır.
                                                                                                             Nar
    Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.
    Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır.
    Xolesterin və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərini gözəlləşdirir.
                                                                                                             Alma
    A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlər də var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.
    Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir.
    Xolesterini azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir.
    Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmə kömək edir. Yuxusuzluğa xeyirlidir.

     

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.