20Sen
SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR
Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Daha ətraflı »
Teqlər: Digər
20Sen
TAXILÇILIQ
Bu il rayonumuzun təsərrüfatlarında fermerlərimiz becərdikləri 7545,6 hektar taxıl sahələrindən 30 min 984,4 ton buğda və 13 min 190,8 ton arpa məhsulu istehsal etmişlər. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41,1 sentner, arpa üzrə 32,9 sentner olmuşdur. 2017-ci ilə nisbətən buğda üzrə məhsuldarlıq 2,8 sentner, arpa üzrə isə 1,5 sentner artmışdır.
Bu işdə bir sıra fermerlərin göstəriciləri daha yüksəkdir. “Nicat” fermer təsərrüfatı MMC-də, “Xəyyam sarısünbül” MMC-də də və “Tərtər” MMC-də hər hektardan 50 sentner, “Eksperimental cins damazlıq” MMC-də və “Sultanbud” MMC-də 47,5 sentner, “Kəmalə” kəndli fermer təsərrüfatı MMC-də 45 sentner məhsul götürülmüşdür.
Teqlər: Kənd Təsərufatı
20Sen
YIĞIMA BAŞLANIB
Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
Son vaxtlar rayonumuzun təsərrüfatlarında fermerlər İmişli Şəkər Zavodu ilə müqavilə bağlayıb, onun istehsalına xüsusi diqqət yetirirlər. Zavodla bağlanmış müqavilənin şərtlərinə əsasən torpağın şumlanması, şum altına kübrə verilməsi, toxumun çatdırılması, səpin işləri, kultivasiya çəkilişi, ziyanvericilərə qarşı bitkilərin dərmanlanması, becərmə vaxtı hektara əvəzsiz olaraq 100 manat pul verilməsi, əkilən sahələrin hamısının sığorta olunması, sığorta pulunun 50 faizinin ödənilməsi və hazır məhsulun sahədən daşınması işlərini şirkət öz üzərinə götürür. Bütün bunların nətiçəsidir ki, fermerlər bu sahəyə daha çox meyl göstərirlər. Bu il rayonumuzun təsərrüfatlarında 859 hektar sahədə şəkər çuğunduru becərilib. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
20Sen
Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
20Sen
Ölkə Prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi heyvandarlıq sahəsində çalışan fermer və ailə fermer təsərrüfatı üzvlərinin bu sahəyə marağını qat-qat artırmışdır. Hazırda rayonumuzda 27 min 788 baş iribuynuzlu mal-qara bəslənilir. Onların 12 min 80 başı sağılan ana inəklərdir. Fərdi təsərrüfatlarda 60 min 141 baş xırdabuynuzlu heyvanlar vardır. Ötən illə müqayisədə iribuynuzlu malların sayı 625 baş artıb.
Rayonumuzun maldarlıq sahəsində çalışan fermerlərindən öz işini yaxşı bilənləri çoxdur. Bəyimsarov kəndində yaşayan sahibkar Habil İbrahimovu hamı yaxşı, işbilən bir təsərrüfatçı kimi tanyır. Onun təsərrüfatında Almaniyadan gətirilən 250 baş cins mal-qara bəslənilir. Bunun 170 başı sağılan inəklərdir, qalan 80 başı isə damazlıq üçündür. Bu təsərrüfatda bəslənilən ana inəklərdən hər gün emal müəssisəsinə 2000-2200 kiloqram süd təhvil verilir. Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı
20Sen
Heyvandarlığın inkişaf etdirilməsində əsas və başlıca məsələ bol yem tədarük etməkdir.
Ərazimizdə maldarlıqla əsas məşğul olan fermerlər Qabil Əliyev və Rəhim Aslanovdur. Qabil 40 baş, Rəhim isə 45 baş mal-qara bəsləyir. Onların hər ikisi yaxşı bilir ki, bol yem tədarük etmədən mal-qara bəsləmək, onu inkişaf etdirmək mümkün deyil. Bu ilin yay mövsümündə Qabil 4 hektara yaxın yonca sahəsindən 2 mindən çox yonca kipi, 5 min saman kipi, 500-ə yaxın sorqo kipi bağlatdrıb. Bundan başqa 15 tondan çox arpa yemi tədarük edib.
Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı
20Sen
Rayonumuzun kümçüləri barama istehsalı sahəsində qazandıqları təcrübəni ildən-ilə zənginləşdirirlər. Əgər ötən il rayonda cəmi 4,6 ton barama tədarük olunmuşdursa, builki göstərici 10 tondan çoxdur.
Cari ildə rayonda 290 qutu–4940 qram barama qurdu bəslənib. Ölkə başçısının tapşırığına əsasən rayonda bu gəlirli sahəni inkişaf etdirmək məqsədilə ilk növbədə baramaçılığın yem bazası yaradılmalıdır. Elə buna görə də son illər rayonun təsərrüfatlarında 125 mindən çox çəkil tingi əkilmişdir.
Teqlər: Kənd Təsərufatı
20Sen
DAMLA İLƏ SUVARMA
Seydimli kəndində sahibkar Nəsib Vəliyevi hamı yaxşı bir bağban kimi tanıyır. O, xeyli vaxtdır ki, xurma ağaclarını əkib-becərir. Becərdiyi 28 hektar xurma bağından hər dəfə nəzərdə tutulandan xeyli çox məhsul yığılır. Özünün dediyi kimi, təsərrüfatın digər sahələri kimi ağac əkib, bağ salıb onu becərmək, yaxşı məhsul götürmək də böyük zəhmət tələb edir.
Artıq 6 ildir ki, bağlar bar verir. Hər hektardan ildə 8-10 ton məhsul yığılıb Bakı şəhərinin və eləcə də Rusiyanın bazarlarına yola salınır.
Təsərrüfatında xeyli işçi qüvvəsi çalışır. Onlar ağacların suvarılmasında, diblərinin yumşaldılmasında, budama işlərində, məhsul yığımında və onun qablaşdırılmasında yaxından iştirak edirlər. Səməndər Əhmədov, Teymur Hacıyev, Vüqar İsmayılov və başqaları işlərinin öhdəsindən bacarıqla gəlirlər. İl boyu hər işçinin orta aylıq əmək haqqı 300 manatdan az olmur. Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı
20Sen
Bu il kəndimizdə 25 hektar sahədə pambıq becərilib.
Bu sahədə yaxşı təcrübəsi olan fermerlərdən Rəşad Məmmədov 15, Məhiyəddin Məmmədov 2,5, Xamis Əsgərov 2,28, Malik Quliyev 2,6 hektar sahədə “ağ qızıl” becəriblər. Sahələrə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün bitkilərin inkişafı normaldır.
Cərgəaralarına 3 dəfə kultivasiya çəkilib, hektara 250 kq hesabı ilə azot gübrəsi verilib. Bitkilərə qayğı ilə qulluq edildiyi üçün tarlalardan bol məhsul gözlənilir. Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı
20Sen
Bu günlərdə həmyerlimiz Talıb Həsənoğlunun (Məmmədlinin) “Dünya, məni əyləndirmə, düşündür” adlı ilk şeirlər kitabı çapdan çıxıb. Bu topluda şairin müxtəlif illərdə yazdığı poetik nümunələr cəmlənib.
Kitabın redaktoru İdrak Rəhimoğludur. Məcmu “Gənclik” nəşriyyatında çap olunub.
Kitaba yazdığım ön söz əvəzinin “Yeni Tərtər” qəzetində dərc olunmasını Talıb Həsənoğlunun bir təbrik kimi qəbul edəcəyinə inanıram.
ŞAİR BELƏ OLAR
Aqillər Həzrəti Sözə elə zirvə ucalığında hörmətlə, ehtiyatla və həssaslıqla yanaşıblar ki, onun dəyərinə, saflığına və müqəddəsliyinə xələl gəlməsin. Sözün qüdrətinə bax ki, Tanrı “Ol!” deməklə kullü kainat bərqərar olub. Yəni Həzrəti Söz Tanrıdan sonra ikincidir, bütün varlığın fövqündə dayanır. Sözə səcdə etmək gərəkdir ki, səni hər yerdə hörmətə-izzətə mindirsin.
İndiki dövrdə adamları peşəsinə görə bir neçə qismə bölürlər: “iş adamı”, “vəzifə adamı”, “din adamı”, “küçə adamı”, “bazar adamı”… və nəhayət, “söz adamı”. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar