Həyatımızdakı bütün müvəffəqiyyətlər əməklə bağlıdır. Halal zəhməti ilə çörək qazanan şəxslər cəmiyyət içində üzüağ, alnıaçıq, nüfuzlu olurlar. Hər kəs əməyi ilə bu həyatda mövqe tutur. Lakin zəhmət dedikdə tək fiziki işdən yox, həm də zehni işdən söhbət gedir. Necə deyərlər: “Adam ağır zəhmətlə alim olur”. Hansı sahəni fərqi yoxdur, özünə peşə seçən zaman gərək ona qarşı səndə maraq ola. Bir sözlə, arzuladığın deyil, bacardığın işlə məşğul ol. Valideynlərin təkidi ilə seçim edənlər, bu sənətdə yarımçıq qala bilərlər. Bir məşhur aforizm var: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğuldur”. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan”. Əlbəttə, sənətin pisi yoxdur. Belə bir atalar sözü var: “Sənətkar günortaya qədər ac qalar”. Bu sözlərin dərin mənası var. Hər bir müəllimin, valideynin borcu gənc nəsldə əməyə məhəbbət oyatmaqdan, çalışmaqdan, yorulmamağa və mübariz olmağa alışdırmaqdan ibarət olmalıdır. İnsan var ki, özünə əziyyət vermək istəmir. Lakin unutmaq lazım deyil ki, zəhmətlə qazanılan hər bir şey dəyərli, əməksiz başa gələn isə qiymətsiz olur və tez itirilir. Ölkəmiz daim əməksevər, bacarıqlı oğul və qızları ilə tanınıb. Daha ətraflı »
-
20DekDigər “ZƏHMƏT ÇƏKMƏYƏN RAHATLIĞIN QƏDRİNİ BİLMƏZ” üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20DekDigər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır
BİR ATANIN ARZUSU
İltifat Məmmədov Qaradağlı kəndində yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ hadisələri tüğyan edən vaxt İltifat həqiqi hərbi xidmətə çağrılıb. O, “Tərtər Özünümüdafiə Batalonu”nda xidmət edib. Keçdiyi döyüş yolundan danışması üçün onu redaksiyaya dəvət etdik.
Elə ilk söhbətindən müharibənin ona vurduğu zərbənin təsirini hiss etdim.. Danışarkən xeyli əziyyət çəkirdi. Fikirlərini çətinliklə olsa da mənə çatdırırdı. Bildirdi ki, bu cür vəziyyətə qalmasının səbəbi Madagiz uğrunda gedən döyüşdə yanına mərmi düşməsi olub. O zaman başının arxasından ağır zərbə alıb. Hətta bir neçə gün özünü bilməyib. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəni davam etirib.
İltifat bildirdi ki, 1992-ci ildən 1996-ci ilə kimi “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində Ağdərə ətrafı kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
Ani olaraq fikrə getdi və özünü toplayaraq sözə başladı: Daha ətraflı »Teqlər: Digər
-
20DekSəhiyyə MÖVSÜMİ XƏSTƏLİKLƏR üçün şərhlər bağlıdır
Həkim məsləhəti
Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur. Daha ətraflı »Teqlər: Səhiyyə
-
20DekSəhiyyə GAVALININ XEYRİ üçün şərhlər bağlıdır
Gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 qram gavalını 0,7 litr suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edilir. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızıl gül ləcəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamcığa gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan məlhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə, sidik kisəsindəki daşları parçalayır.
Teqlər: Səhiyyə
-
10DekDigər 12 DEKABR–ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
* * *Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.
Heydər ƏLİYEV
TARİXİN DAHİ AZƏRBAYCANLISI
İllər ötür, nəsillər dəyişir, amma Heydər Əliyevin adı Azərbaycanda daim hörmət və ehtiramla çəkilir. O, Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı, fenomen səxsiyyət, azərbaycançılığın simvoludur.
Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın. Heydər Əliyev ötən əsrdə Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən nadir şəxsiyyətdir. Bu qeyriadi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
Xalqımızın ümummilli lideri həm də XX əsrin ən qüdrətli siyasətçilərindən biridir. Daha ətraflı »Teqlər: Digər
-
10DekXəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10DekTərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində olub.
Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, sakinlərə göstərilən sosial xidmətlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri müxtəlif məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında kənd sakinlərinə məlumat verib.“Yeni Tərtər”
Teqlər: Tərtər RİH-də
-
10DekXəbərlər GENİŞ TƏRKİBLİ MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər və qərargah rəisləri iştirak ediblər. Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyətinin Ərazi Orqanları ilə Iş Şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açıblar.
Müşavirədə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülüb, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10DekXəbərlər TƏMAS XƏTTİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILDI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edib və şəhidlərin qəhrəmanlığından danışıb.
Qeyd olunub ki, Qarabağ müharibəsi veteranlarına, şəhid ailə-lərinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir.
Tədbirdə “Tərtər batalyonu”nun keçmiş qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, abidənin tikilməsinin təşəbbüskarı və icraçısı, şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ mü-haribəsi əlili Etibar Qasımov çıxış ediblər.
Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10Dekİqtisadiyyat Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
CƏBHƏ BÖLGƏSİNƏ XÜSUSİ DƏSTƏK VAR
Prezident İlham Əliyev cəbhə bölgələrinə diqqətin dövlət üçün prioritet olduğunu dəfələrlə konkret əməllə sübut etmişdir. Bu diqqətdən Tərtərə və tərtərlilərə də yetərincə pay düşmüşdür. Dövlət başçısının bölgəyə vaxtaşırı səfərləri artıq ənənəyə çevrilmişdir.
Bu səfərlər rayonun dinamik sosial-iqtisadi inkişafına güclü təkan vermiş, rayon əhalisinin sosial müdafiəsinin güclənməsinə səbəb olmuşdur. Yeni yollar, körpülər, qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, müxtəlif sosial obyektlər həmin səfərlərin yaddaqalan ünvanlarıdır.
Artıq 2018-ci il başa çatmaq üzrədir. Uğurlu illər sırasına daha biri də əlavə olunur. Dövlət başçısının sərəncamına uyğun olaraq, bu il Tərtər şəhərində çoxmənzilli 20 yaşayış binası təmir olunmuş, 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması başa çatdırılmışdır. Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 21 kilometrlik hissəsində əsaslı təmir, eləcə də Olimpiya İdman Kompleksinin, Xalça istehsalı emalatxanasının, Bayraq muzeyinin və şəhərdəki 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi isə davam edir. Şəhər 6 saylı tam orta, Qazyan kənd ümumi orta məkəblərin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu da əsaslı təmir olunmuş, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilmişdir. Daha ətraflı »Teqlər: İqtisadiyyat
Yeni ismarıclar