MƏTBUATIN HƏYATIMIZDAKI ROLU


Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin ki, mən jurnalistləri həmişə sevmişəm.
Heydər ƏLİYEV
Azərbaycanda mətbuatın əsası Həsən bəy Zərdabinin təşəbbüsü sayəsində 1875-ci ildə “Əkinçi”nin nəşrə başlaması ilə qoyuldu. Onun ətrafında Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani kimi mütəfəkkirlər toplaşdılar.
Həsən bəy Zərdabi deyib: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”.
Qəzet bizim keçmişimizi və bu günümüzü əks etdirən güzgüdür. Mətbuat insanın maariflənməsində böyük rol oynayır. O elə bir informasiya vasitəsidir ki, görülən işlərin işıqlandırılmasında və mövcud nöqsanların aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir.
“Əkinçi”nin sələflərindən biri olan “Yeni Tərtər” qəzeti də çox kəşməkeşli tarixi yol keçib. Bu qəzet 85 ildir ki, Tərtərin tarixi salnaməsini yazır. Bu gün də ayda 3 dəfə 1500 nüsxə ilə vaxtlı-vaxtında nəşr olunmaqla fəaliyyət göstərir. Bu mətbuat orqanı səhiyyə, mədəniyyət, təhsil, idman, ədəbiyyat və kənd təsərrüfatı, milli-mənəvi dəyərlərin qorunması və digər sahələrdə məlumatları oxucuya çatdırır. Daha ətraflı »



Dağlıq Qarabağın ilk azərbaycanlı təhsil ocaqlarından olan Ağdərə rayonunun Umudlu kənd məktəbi 1925-ci ildə açılmışdır.
Orta dövr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan İmadəddin Nəsimi ana dilində yaranan ictimai, fəlsəfi qəzəlin banisidir. Dövrün ziddiyyətlərinə böyük həssaslıqla cavab verən şair zəngin poeziyası ilə hər cür zülmü, ədalətsizliyi, qeyri-insaniliyi rədd etmiş, həqiqəti, insanlığı, insanın mənəvi gözəlliyini müdafiəyə qalxmış, qəlbinin hərarəti ilə insanı ucaltmış və tərənnüm etmişdir. Onun poeziyasında dünyaya, insana, fikir və əməllərinə yeni bir münasibət ifadə olunmuşdur.
Dövlət Qulluqçularının Peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
Daim ordumuzla bir yerdə olan tərtərlilər Silahlı Qüvvələr Gününü rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rayonumuzda Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul edib.
YAP Tərtər Rayon Təşkilatında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi.
Yeni ismarıclar