2019-cu İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNDU
2019-cu ildə Tərtər rayo-nunun sosial-iqtisadi inkişafı uğurla davam edib, geniş tikinti-quruculuq işləri aparılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması is-tiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərib. Bu barədə Tərtər rayonunda 2019-cu ilin ye-kunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şə-hərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2019-cu ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar.
Keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tərtərlilər əvvəlki illərdə olduğu kimi, 2019-cu ili də yüksək göstəricilərlə başa vurublar. Həmin ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Rayonda bütün ma-liyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942,7 min manat təşkil edib ki, onun da 20 milyon 21 min manatı və ya 91,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. İl ər-zində 4 milyon 971,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilib. Görülən məqsədyönlü işlərin nəticəsidir ki, 2019-cu ildə rayonda 907-si daimi olmaqla, 1796 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri rayonun simasını nəzərəçarpacaq dərəcədə dəyişdirib. İl ərzində Tərtər şəhərində Dövlət Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi, “Azərxalça” ASC-nin Tərtər filialı, Su kanal idarəsinin inzibati binası tikilib. Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Vəzir Orucov, Qaçay Mehtiyev, Rövşən Kərimov, Teymur Rəhimov, Bəsti Bağırova küçələrində 4,1 kilometr asfalt beton örtüyü salınıb. Şəhə-rin Vəzir Orucov və Bəsti Bağırova küçələri təmir olunub. Bəyimsarov, Hüsənli kənd və Tərtər şəhər 1 nömrəli tam orta məktəblərində cari təmir işləri aparılıb. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məq-sədilə 2019-cu ildə 11 nə-fərə ev tikilib. 2020-ci ildə daha 30 evin tikintisi nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Tərtər-Hindarx” avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin 19 kilometrində, uzunluğu 10 kilometr olan “Sarov-Borsunlu” kəndlərarası avtomobil yolunda və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılıb, Hüsənli kəndində 2,5 kilometr kəndarası yollara asfalt beton örtüyü salınıb. “Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli” avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işləri görülür.
Hazırda Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərində son tamamlama işləri aparılır.
İl ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə “Tərtər-Bərdə”, “Tərtər-Ağdam” və “Tərtər-Gəncə” istiqamətində yol kənarlarına və rayonun ya-şayış məntəqələrində, meşə zolaqlarında 80 min 550-dən çox müxtəlif növ ağaclar, 5 min gül və 750 min ədəd həmişəyaşıl kolları əkilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması is-tiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllin-dən və 2020-ci ildə görüləcək işlərdən danışılıb.
(Hesabat məruzəsinin tam mətni qəzetimizin ötən sayında dərc olunub).
Məruzə ətrafında rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Aqrar İn-kişaf Mərkəzinin direktoru Mehman Babayev, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Publik hüquqi şəx-si, baş direktoru Yaşar Hüseynov, Respublika fermerlər şurasının üzvü, Soyulan kəndində sahibkar Zəfər Nəsirov, “Tərtər” MMC-nin baş aqronomu İlkin Qurbanov, Bəyimsarov kənd sakini sahibkar Habil İbrahimov çıxış ediblər.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə kənd təsərrüfatı sahəsində fərqlənənlərə fəxri fərmanlar verilib. Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.