Yazıma heç bir giriş vermək istəmirəm.
Bu yaxınlarda xəbər saytlarının birində belə bir xəbər oxudum: 34 yaşlı bir bəy qadın götürüb otelə gedir, oteldən çıxanda həyat yoldaşını otelin dəhlizində ərəblərlə görür. Ayağımın altından yer qaçır. Bu xəbəri oxuyanda bir qadın kimi xəcalət çəkdim. Fikirləşdim: “Elə kişinin belə də arvadı olar”.
Yaxın keçmişdə hər bir bölgədə barmaq sayı ilə sayıla biləcək əxlaqsız insanlar var idi. Niyə? Çünki ictimai qınaqdan qorxurdular. Bəs indi? “Anam deyil, bacım deyil, mənə nə?”, deyənlər çoxalıb.
Güya Avropalaşmaq, süni intellektual səviyyə yaratmaq yolu ilə hara gedirik?! İnteqrasiyadan lazım olanı deyil, lazım ol-mayanları götürə-götürə ailələrin təməli sarsılır, təmiz hisslərə kölgə düşür, nikahlar pozulur.
Hansı xəbər saytını açırsan, görürsən ki, qardaş bacıya, ata qıza, qohum-əqraba biri-birilərinə qarşı elədikləri əxlaqsız hərəkətlər baş alıb gedir. Az qala bakirəlik lağa qoyulur. Əvvəllər ürəyindən nəsə keçənlər ictimai qınaqdan çəkinib hisslərini özlərinə belə etiraf etməkdən utanırdılar, çünki buna şərait yox idi. İndi isə internet, mobil telefonlar hər şeyi adiləşdirib. Həyat yoldaşı çörək pulu qazanmaq üçün evdən çıxır, qadını isə müxtəlif internet səhifələrində “ov” axtarır, pullu sevgili sorağına düşür. Daha ətraflı »
-
30NoyMilli-mənəvi dəyərlər BİZ HARA GEDİRİK? üçün şərhlər bağlıdır
Teqlər: Digər, Milli-mənəvi dəyərlər
-
21NoyDigər üçün şərhlər bağlıdır
Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
21NoyXəbərlər DÖVLƏT BAYRAĞINA OLAN SEVGİ VƏ EHTİRAM üçün şərhlər bağlıdır
Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.Tərtər Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan–hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
21NoyXəbərlər TUR–AKSİYA BAŞLANDI üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.
Şagirdlər əvvəlcə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının onlara göstərdiyi qayğıdan danışdı. Bildirdi ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır.
Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilidi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
21NoyXəbərlər KONSTİTUSİYA GÜNÜ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu–Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığından, həmin dövrün tarixi zərurətlərindən danışdı.
Tədbirdə çıxış edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, mərkəzi xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova Konstitusiyamızda insanların hüquq və azadlıqlarının qorunması, əhalinin sosial təminatı, hər kəsin azad yaşaması və sair vacib sahələrin təsbit olunduğunu bildirdilər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
21NoyDigər AZƏRBAYCANIN SİYASİ SİMVOLU üçün şərhlər bağlıdır
26 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyası respublikamızın hakim partiyası statusunu ləyaqətlə daşıyır. Amalını və məqsədini xalqa xitmətdə görən, daim dövlətimizin maraqlarının müdafiəsində dayanan bu partiyanın yaranması tarixi zərurət idi. Belə kı, 1990-cı illərin əvvəllərində bir sıra siyasi partiyalar yaransa da, bunların heç biri ölkəni düşdüyü ağır böhran vəziyyətdən çıxarmaq iqtidarında deyidi. Belə vəziyyət Azərbaycanın görkəmli ziyalılarını çox narahat edirdi. Məhz ona görə də ölkənin taleyini düşünən insanlar yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqımızın böyük oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
Beləliklə də xalq tərəfindən Heydər Əliyevin partiyası kimi qəbul edilən Yeni Azərbaycan Partiyasi yarandı.
Getdikcə YAP-ın sıralarına daxil olanların sayı artmağa başladı və o, ümum-xalq partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi,” Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan yüksəlir, inkişaf edir”. Daha ətraflı »Teqlər: Digər
-
21NoyTərtər RİH-də POLADLI KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kənd İƏD üzrə nümayəndəliyin Poladlı kəndində olub.
Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra sakinlərdən Asif Abbasov, Emin Allahverdiyev, Səfər Salahov və Savalan Məmmədov müxtəlif məsələlər barədə müraciətlər ediblər.
Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
21NoyXəbərlər “Narkomaniyaya yox deyək” üçün şərhlər bağlıdır
DOĞMA MƏKTƏBDƏ GÖRÜŞ
Umudlu kənd tam orta məktəbində narkotiklərlə mübarizə mövzusuna həsr olunmuş tədbirin təşkilatçıları stereotip yığıncaq formasından uzaqlaşaraq, şagirdlərin həm qəlbinə, həm şüuruna daha tez yol tapan bir məzmun seçmişdilər. Bəli, söhbət dünyanı bürüyən “ağ ölüm”dən gedirdi.
Bu məktəbin məzunu olmuş, hal-hazırda Tərtər rayon Polis Şöbəsinin rəisi işləyən polis polkovniki Elçin Qasımov qeyid etdi ki, hər kəs çalışmalıdır uşaqlar çirkin niyyətli insanların toruna düşməsinlər. Çünki bu yola ilk addım atdıqdan sonra geri qayıtmaq çox çətin, əksər hallarda mümkünsüz olur.
Tədbirdə iştirak edən mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova öz çıxışında həyəcan doğuran faktları diqqətə çatdırdı.Təəssüflə qeyd etdi ki, narkomanlar arasında tələbə gənclərin sayı artıq 35 faizə çatıb. Bu sırada qadınlar da var. Toksikomanlıq sürətlə yayılmaqdadır. Rayon icra hakimiyyəti aparatının nümayəndəsi Çingiz İsayev bu məsələdə ictimaiyyətin rolundan danışdı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
21NoyDigər “ƏKİNÇİ” QƏZETİNİN NAŞİRİ HƏSƏN BƏY ZƏRDABİNİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərə-katının banisi Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.
İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861 -ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin Təbiət-riyaziyyat fakültəsini bitirib.
Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək, burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb. Daha ətraflı »Teqlər: Digər
-
21NoyXəbərlər İNTELLEKTUAL YARIŞLARIN RAYON TURNİRİ üçün şərhlər bağlıdır
“Azərbaycanın İntellektual Birincisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
Turnirin açılışında Tərtər rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib.
4 intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) ikisində Ağdam, iki-sində isə Tərtər rayonunun gənc intellektualları qalib olublar. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar