Bu günlərdə rayonumuzun ucqar kəndlərindən biri olan Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev əlində bir neçə diplom və medallarla redaksiyaya gəldi. Onun bura gəlməsi səbəbsiz deyildi. Məktəbin şagirdi Məmmədli Rəvan Vasif oğlunun uğurları barədə məlumat verərək danışmağa başladı:
–Bu uşaq bizim məktəbin fəxridir. Onun idmanda qazandığı uğurlar müəllim və şagird kollektivimizi ürəkdən sevindirir. İstəyirəm ki, bizim bu qoçaq oğlanımız haqqında kiçik bir məqalə yazılsın.
Sabahı gün Asif müəllim Rəvanın özü ilə birgə gəldi və dedi:
–Rəvanın uğurunu təkcə onun özünün deyil həm də məktəbimizin uğuru hesab edirəm. Hazırda onbirinci sinifdə oxuyur. Əksər vaxtlarda məşqlərə və yarışlara icazə vermirik ki, dərsləri ilə məşğul olsun. Lakin idmana olan marağı onu çempion edib. Dəfələrlə zona yarışlarında iştirak edərək qalib olub.
Rəvan isə bu barədə dedi:
– Mən Qarabağ müharibəsi haqqında erməni qaniçənlərinin xalqımızın başına gətirdikləri müsibətləri eşitdikcə onlara qarşı nifrətim aşıbdaşırdı. Amma, idmançılarımız erməni idmançılarına qalib gələndə sevinirdim və qürurlanırdım. Ən əsası da idmançılarımızın şərəfinə bayrağımız qaldırılanda sonsuz sevinc hissi keçirirdim və düşünürdüm ki, kaş mən də bacaraydım. Ona görə də idmanın kinqboksinq növü ilə məşğul olmağa başladım və yarışlara qatıldım. Hər dəfə qalib olanda sevinirəm. Əlbəttə, bu sevinc adi sevinç deyil.
Yeniyetmə gəncimiz Rəvan Məmmədli hələ ilk yarışlarını keçirib. O Goranboyda, Ağdamda, Gəncədə yeniyetmələr arasında öz həmyaşıdları ilə yarışlarda iştirak edib. İlk görüşdə II-yerin, sonralar isə I-yerlərin qalibi olub. Hər yarışdan sonra “Diplom” və medalla mükafatlandırılıb. Hazırda isə Azərbaycan çempionatından qayıdıb. Kəmər və diplomla mükafatlandırılıb.Rəvanın bu uğurlarında məşqçi müəllimləri Yavər Hüseynov və Toğrul Nəcəflinin çox böyük zəhməti olub. İnanırlar ki, Rə-van gələcəyin tanınmış idmançılarından olacaq. İdman zalla-rından başlanan məşqlər id-mançını yüksək arenalara səsləyir. Elə Rəvan özü də, müəllimləri də inanırlar ki, sabah bir gün mənfur erməninin id-mançısı ilə qarşılaşaraq onun dərsini verəcək. O zaman Rəvanın şərəfinə Azərbaycan bayrağı qaldırılaraq, “Dövlət himni“miz səsləndiriləcək.
Bu yolda gənc idmançımız Rəvan Məmmədliyə bol-bol uğurlar arzulayıram.
Materialları qələmə aldı:
Elfuzə VƏLİYEVA
-
05Mar
Müəllif: Redaktor, 11:17