Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda sakinlərlə görüşüblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüş-lərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün müraciətlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib
Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.
Vətəndaşlarla görüşlər zamanı son illərdə Azərbacanın sosial-iqtisadi inkişafından, xalq-iqtidar münasibətlərindən ölkəmizdəki sabit və firavan həyat tərzindən, ölkə başçısı tərəfindən qəbul olunmuş sosial paketlərin vətəndaşların həyatına müsbət təsirindən və s. ətraflı bəhs olunub.
Bildirilib ki, 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaş-ların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim edilib. Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox ev tikiləcək. Belə ki, bu kateqoriyadan olan şəxslərə 1500 mənzil verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardımla bağlı 70 faiz artım baş verib, bu proqram 72 min ailəni əhatə edir.
Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi qeyd olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
-
24Fev
Müəllif: Redaktor, 12:05