ÜMUMRAYON TƏDBİRİ
Tərtərdə XX əsrin ən dəh-şətli cinayətlərindən sayılan Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə umumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən keçmiş SSR-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyyətinin iştirakı ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soy-qırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olub. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların məhv edilməsi niyyəti ilə törədildiyini deyən rayon rəhbəri qeyd edib ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb.
Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, əksər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə getdikcə daha geniş məlumatlandırılır. Bu gün Xocalı faciəsi dünyanın ən böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır.
Xocalı soyqırımının tanınması istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də ölçüsüzdür. Məhz Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitseprezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyası həyata keçirilir.
Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 19 ailə hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıblar. Hər bir Xocalılıya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı, “Xocalı faciəsiqan yaddaşımızdır” mövzusunda ra-yon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, 6 saylı tam orta məktəbin IX sinif şagirdi Nərgiz Vəlizadə çıxış edərək, Xocalı faciəsinin dəhşətlərindən danışıblar.
Tədbirin sonunda “Xocalı-əsrin faciəsidir” möv-zusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə dip-lom və Fəxri Fərmanlar verilib, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Sonra Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.
“Yeni Tərtər”