Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Mar

    Bu günlərdə 2019-2023-cü illərdə Azərbaycan Respubli-kasının Regionlarının Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan uzunluğu 33,5 kilometr olan, 10 yaşayış məntəqəsini birləş-dirən Səhlabad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-QazyanTəzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb.
    Hazırda yolun yatağı işlənilir, genişləndirilməsi aparılır. Yolun çiyin hissəsində yerləşən və genişləndirməyə mane olan kommunikasiya xətləri qaydaya salınır. Yolun üzərində olan köhnə suötürücülər təzələnir, böyük diametrli suötürücülərlə əvəz edilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görülən işlərlə yerində tanış olmaq üçün Əski-para kəndində olub, sakinlərlə və iş icraçıları ilə görüşüb, lazımi tövsiyyələrini verib və kəndin digər problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri həmçinin rayonun daxili imkanları hesabına evi qəzalı vəziyyətdə olan dam örtüyü dəyişdirilərək yenidən vurulan Əskipara kənd sakini, Qarabağ müharibəsi əlili Əli Əsədovun evində də olub, onun qayğıları ilə maraqlanıb.
    Kənd sakinləri 10 kəndi əhatə edən kəndlərarası avtomobil yolunun çəkilişi ilə bağlı respublika Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
                                                                                                                                                                                                                     “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:55

İsmarıclar bağlıdır.