Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Mar

    Azərbaycanımızda ziyasından faydanlanmalı çox ziyalılarımız olub və bu gün də var. Onlar istedadlarını, təfəkkürlərini, qabiliyyətlərini, zəkalarını yalnız öz-lərinə məxsus deyil, xalqın sərvəti bilərək fədakarlıqla ömür həsr eləyən əsil ziyalılardır.
    Lakin bölgələrdə yaşayan çox istedadlı ziyalılar var ki, mühitin kölgəsində bir qədər adiləşərək havadarlı, süni ziyaların parıl-tısında sönük görünürlər. Bizlərin də qiymətləndirmədə elədiyimiz xəsislik Günəş ziyasının qarşısını alan buluda bənzəyir. Bu “bəxti gətirməyən” ziyalılardan biri də Tərtər şəhərində yaşayan “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir.
    Ömrünün yetmişinci pilləsinə çatan bu insan iki ali təhsil alıb–Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və Marksizm-Leninizm Universitetində oxuyub. 1967-1970-ci illərdə Tərtər rayon yerli radio veriliş-lərinin müxbiri, 1970-ci illərdə orta məktəbdə müəllim, daha sonra hərbi sənayedə müxtəlif vəzifələrdə işləyib. 1990-1997-ci illərdə “Salam” və “Fədai” qəzetlərinin əməkdaşı olub. Partiya Sovet və nəzarət orqanlarında, daha sonra Tərtər Bələdiyyəsində çalışıb.
    Mətbuatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respubli-kasının Prezidenti, İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. “Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub.
    Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.
    “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatıdır.
    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə keçirdiyi fərdi jurnalist yazı müsabiqələrinin dəfələrlə qalibi olub, pul mükafatı və diplomlar alıb. Həm də şairlər şurasında tanınan bu insan “Bir taleyin göynəmləri”, “Tərtər şəhidləri”, “Tərtər inciləri”, “Ömrümün payızı”, “Qan iyi”, “Ölümlə üz-üzə”, “Mənsiz-ləşmə fəlakəti” və “Vəhşilər” kitablarının müəllifidir.
    Mən deyərdim ki, onun həddindən artıq sadə olmağı, təvazökarlığı, humanistliyi bu kölgə-dəqalmanın səbəblərindən biridir.
    Bacarıqlarından hazırda olduqca məhdud şəkildə istifadə edib, yəni yalnız qəzetçilik peşəsi ilə fəaliyyət göstərsə də, tərtibat səliqəs-ahmanı, tərəqqipərvər mövzuları, kəm-kəsirlərə həssaslıqla to-xunan iti, satirik qələmi, layiqli şəxsləri işıqlandırmağı ilə ölkədə və ölkədən uzaqlarda saysız-hesabsız oxucu diqqətini cəlb edən bu ziyalıya–ömür payızının oğlan çağını yaşayan Tofiq Yusifə 70 yaşınız mübarək deyib, ona uzun ömür, sağlam həyat tərzi və yeniyeni yaradıcılıq nailiyyətləri arzulayıram!
                                                                                                                                                                         Talıb HƏSƏNOĞLU

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.