23 AVQUST FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALI GÜNÜDÜR
FÜZULİ
Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Daha ətraflı »


Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 26 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26 ili tamam olur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfər olub.
“Ayrılır” qəzəli…
Şair-publisist Tofiq Yusif 8 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatıdır.

Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir… Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda görüş keçirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
Əskipara kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
Yeni ismarıclar