Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    XALQIN XİLASKARI

    Azərbaycan xalqı tanınmış siyasətçi, dövlət xadimi ümummilli lider Heydər Əliyevə inanırdı və onunla fəxr edirdi. O, həyatı boyu vətəni və xalqı üçün çalışıb. Hakimiyyətə gəldiyi ilk gündən xalqın xoşbəxtliyi üçün bütün enerjisini, gücünü əsirgəmədi. Dövləti idarə etməyə Milli Orduda qayda-qanun yaratmaqdan, onu möhkəmləndirməkdən başladı. Azərbaycana yenidən prezidentliyə qayıdışı ilə xalqımızın həyatında qurtuluş baş verdi. Onun gəlişi ilə ölkəmizin daxili və xarici düşmənlərinin oxu daşa dəydi, arzuları gözlərində qaldı. Respublikamız məhv olmasından xilas edilərək, müstəqilliyimiz qorunub saxlanıldı.
    Ulu öndərin müdrik siyasəti nəticəsində cəbhədə atəşkəs yarandı. Onun əməyi nəticəsində bizim haqq, ədalət və sülh tərəfdarı olduğumuz dünya ölkələrinə bəyan oldu. Qaçqınların xüsusi qayğı ilə əhatə olunması, Ermənistan tərəfindən zəbt olunan torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün var qüvvəsi ilə çalışdı.
    Ölkəmizin abadlaşması, gənclərin yüksək səviyyədə təhsil alması üçün böyük qüvvəsini sərf etdi. Damarlarında Azərbaycan qanı axan hər bir insanın qaynar ürəyində Heydər Əliyev daim yaşayacaqdır.
    Azərbaycan xalqı xoşbəxtdir ki, bu yolu davam etdirəcək insan, onun davamçısı İlham Əliyev var. Xalqımız ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevə arxalanır, güvənir, dəstəkləyir və hər zaman yanında olur.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 11:04

İsmarıclar bağlıdır.