Bu gün gərək
Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin Çox yatdıq, çox mürgülədik, Qoca millət! Mürgülədik: qoşa-qoşa Dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Düzlərimiz, çöllərimiz oğurlandı Oğurlatdıq! İndi saysaq saya sığmaz, Daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, |
Yer altında dəfinələr
oğurlanıb! Qoca millət, hər andımız, Amanımız, Əgər varsa, Zərrə qədər imanımız, İmanımız Vətən! – desin Hər yaxşımız, yamanımız Vətən! – desin Əli kəsik, dili kəsik Uşaqlar var – hələ dustaq, Körpə dustaq Vətən! – deyir. Bu nə külək, bu nə bulud, Bu nə yağış, bu nə qardı? Didərginlər üzərində susub durdu, Vətən! – dedi, Mürgülüsən, qoca millət: Daha möhkəm, daha ötkəm gəlsin səsin, Vətən! – desin Qoca millət, Bu gün gərək Hər anımız Vətən! – desin.
Məmməd ARAZ |