“GEDİRSƏN, TEZ QAYIT GƏL…”
Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var…
Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »


1958-ci il yanvar ayının 22-də Tərtər şəhərində anadan olub. Şəhər 5 saylı ümumi orta məktəbini bitirib və 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Qarabağ müharibəsi başlanan vaxt Əhaliyə Məişət Xidməti Kombinatında bərbər işləyirdi. Erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək könüllü olaraq 1994-cü ilin mart ayında Milli Ordu sıralarına daxil olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib, cəsurluq və mərdlik göstərib. Snayperçi kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 1994-cü il may ayının 11-də Tərtər rayonunun Qapanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olub.
1973-cü il oktyabr ayının 13-də Tərtər şəhərində anadan olub. 1990-cı ildə şəhər 1 №-li tam orta məktəbin 10-cu sinfini bitirib. Sonra Gəncə Energetika Texnikumuna daxil olub. 1992-ci ilin avqust ayında həqiqi hərbi xidmətə çağrılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni faşistlərindən təmizləmək üçün Ağdərə bölgəsində döyüşüb. Bir çox döyüş əməliyyatlarında əsgər yoldaşlarına nümunə olub. Ermənilərin canlı quvvəsinin və hərbi texnikasının siradan çıxarılmasında cəsur bir döyüşçü kimi fəallıq göstərib. Dostları arasında yüksək xətir və hörmətə malik olub. Həmişə cəbhənin ön sıralarında iştirak edib. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
1970-ci il dekabr ayının 21-də Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb və 1988-ci ildə Gəncə Baza Texnikumuna daxil olub. 1990-cı ildə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ilin əvvəllərində hərbi xidmətini yarımçıq qoyaraq doğma kəndlərinə qayıdıb. Həmin ilin sonunda könüllü olaraq “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olub. Xidmət etdiyi batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 20də Ağdərə yaxınlığında gedən döyüşdə həlak olub.
Tofiq Yusif(Hüseynov Tofiq Yusif oğlu) 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. İki ali təhsil alıb.15 ildir ki, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.“Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub. “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. 8 kitabın müəllifidir.
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. 1918-ci il martın 31-də ermənilər tərəfindən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun”
1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı
qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xo-cavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı sakini “Xocavənd-Xankəndi” yolunun 6 kilometrliyində vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində gərginlik get-gedə artırdı. Hadisələr böyük fəlakətin yaxınlaşma-sından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn avtomaşın atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda
Yeni ismarıclar