Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    SAZ  ÇALINIR

    A duyğusuz, saz çalınır, qulaq as,

    Qorqudumdan əmanətdi bizlərə.

    Qoç Koroğlu qılıncını tullayıb,

    Saz kökləyir, qoy eşitsin dağ, dərə.

     

    Bihuş edib məni “Yanıq Kərəmi”,

    Bu havaya oynamayın, a qızlar!

    Bu havada yana-yana qovrulan

    Xan Kərəmin naləsi var, dərdi var.

     

    Nurla dolsun Ədalətin məzarı,

    Yana-yana ölüb getdi dünyadan.

    Qatil oldu ona “Yanıq Kərəmi”,

    Dedi, sazım, mən yanıram, sən də  yan!

     

    “Baş Sarıtel” çalınanda göynəyir

    Sinəmdəki sızıldayan aman, ah.

    Bəsdir daha, insaf edin, nə olar,

    Dərdlərimi tərpətməyin siz Allah!

     

    Naşı əllər toxunmasın sazıma,

    Hər simində bu xalqımın ruhu var.

    İşdir, əgər ona nadan toxunsa,

    Vallah, sazım nalə çəkər, qan ağlar!

     

    A  duyğusuz,   saz  çalınır,  qulaq  as,

    Qorqudumdan əmanətdi bizlərə.

    Qoç Koroğlu qılıncını tullayıb,

    Saz kökləyir, qoy eşitsin dağ, dərə.

    VAR

    Baş açmıram başsızların işindən,

    Düz yolunu azdıran var, əyən var.

    Corabını papaq kimi başına,

    Pencəyini şalvar kimi geyən var.

     

    Zənn etmə ki, çətin olmur hər asan,

    Gərək yolun axtarasan, tapasan.

    Heç bilmirsən kimə qulaq asasan,

    Dovşana qaç, tazıya tut deyən var.

     

    Qış görmüşəm qürbət elin yayını,

    Hər kəs gərək tapsın özcə tayını.

    Halal çörək qazananın payını

    Arsız-arsız haramlıqla yeyən var.

     

    Bir kökdənik–yarı mənəm, yarı sən,

    Bir ağacın barı mənəm, barı sən.

    Allah, məni dostlarımdan qoru sən,

    Sirr sözümü düşmənimə deyən var.

     

    Bahar keçib, payız keçib, qış qalıb,

    Ocaq sönüb, quru yanıb, yaş qalıb.

    Kişi hanı? Çox  papaqlar boş qalıb,

    Nahaq yerə öz döşünə döyən var!

    ANA VƏTƏN, AÇ  QOYNUNU

    Ana Vətən, aç  qoynunu, gəlmişəm

    İcazə ver, qoy başına dolanım.

    Bir canım var, qurbanındır o sənin,

    Neyləyim ki, budur olmaz-olanım.

     

    Qürbət eldə həsrətini çəkirdim,

    Gecə-gündüz sızlayırdı ürəyim.

    Yavanlığa tapmayanda heç nəyi,

    Göz yaşımla islanırdı çörəyim.

     

    Qoy diz çöküb, ayağına yıxılım,

    Bir də öpüm torpağını, daşını.

    Sən ucasan, boyum çatmaz boyuna,

    Qurban olum, aşağı əy başını.

     

    Ay Tərtərli, ucalarsan daha da,

    Vallah, əgər bu torpağa əyilsən.

    Öp, gözünün üstünə qoy sən onu,

    Vətəndəsən, qürbətdə ki, deyilsən!

     

  • 10İyn
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ İSMAYILBƏYLİ KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Qəbulda rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev kəndin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, İsmayılbəyli kəndinin 1220 hektar ərazisi, 1586 nəfər sakini var. Ərazidə tam orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, kitabxana, EATS fəaliyyət göstərir.
    Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Cari ildə kənddə 175 hektar buğda, 55 hektar arpa, 230 hektar pambıq, 58 hektar günəbaxan, 5,5 hektar şəkər çuğunduru, 270 hektar yonca, 17 hektar kartof, 35,5 hektar tərəvəz, 4 hektar lobya, 15 hektar qarğıdalı əkilib. Hazırda kənddə 35 qutu ipəkqurdu saxlanılır.
    Ötən il kənddə 964 kq barama, 513 ton pambıq, 308 ton taxıl, 38 ton çuğundur istehsal edilib. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər VƏTƏNDAŞLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtərdə vətəndaşlarla görüşüb.
    Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov rayonun mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
    Gənclər Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
    Qəbul zamanı hər bir vətəndaşın müraciəti Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    Rayonda Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının akt zalında davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları Respublika günü münasibəti ilə təbrik etdi, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar dilədi.
    “Dəyirmi masa”da rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Şahbazi, DSMF-nin Tərtər Rayon Şöbəsinin direktor əvəzi Anar Rüstəmov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev çıxış edərək, 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirdilər.
    Tədbir axşam saatlarında ulu öndərin adını daşıyan parkda konsert proqramı ilə davam edib.

    “Yeni Tərtər”

  • 10İyn
    Tərtər RİH-də KÖNÜLLÜLƏRƏ SERTİFİKATLAR TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllülük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin dövlət rəhbərinin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 2 nəfəri Tərtər Rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər UŞAQLARIN BAYRAMI üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etdilər.
    Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Hər yerdə uşaqlara qayğı göstərilir və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkcə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Daha ətraflı »

  • 10İyn
    Milli-mənəvi dəyərlər İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə Tərtərdə iftar süfrəsi təşkil edib.
    İftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanlar, həmçinin “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
    Mərasimdə çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıblar.
    Bildirilib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar süfrələrinin açılması təqdirəlayiqdir.
    Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli-mənəvi dəyərlər qorunur. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər ŞƏHİDİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Şəhid Vasif Abdullayevin adını daşıyan ümumi orta məktəbdə anım günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Tərtər rayon “Cümə” məscidinin axundu, Azərbaycan Tərtər rayon QMƏVŞAİB-nin sədri və üzvləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak edirdi. Öncə tədbir iştirakçıları Təzəkənd kənd şəhidlərinin fotoguşəsinin qarşısına tər güllər qoyaraq, ehtiramlarını bildirdilər. Mərasimi məktəbin direktoru Azər Həsənov açdı. Dövlət himni səsləndikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyətinin nümayəndəsi Zabil Paşayev dövlət başçısının şəhid ailələrinə Daha ətraflı »

  • 10İyn
    Xəbərlər PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Rayonumuzda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
    Tədbirdə çıxış edənlər meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq, “Meliorator Günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam Daha ətraflı »

  • 10İyn
    Ədəbiyyat TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2019-cu il tarixli Sərəncamı ilə həmyerlimiz Cəfərov Vahid Əziz oğluna(Vahid Əziz) Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adı verilmişdir.
    Bu münasibətlə istedadlı qələm ustadı, əslində çoxdan öz xalqının şairi olan Vahid Əzizi bütün tərtərlilər və Vahidsevərlər adından təbrik edir, ona cansağlığı və yeni-yeni ədəbi uğurlar diləyirik!

    “Yeni Tərtər”