Yer üzündə bütün canlıların sağlam yaşaması və böyüməsi üçün torpaq, su və hava lazımdır. Bunlar təbiət adlanır. Təbiət təbib, təbabət sözlərindən götürülüb.
Ulu Tanrı Vətənimin torpağına bütün nemətlərdən bəxş etmişdir. Azərbaycanın təbiəti müalicəvi sularla, min cür gül-çiçəklə, qiymətli metallarla, bir sözlə, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu təbiəti seyr etdikcə insanın qəlbi fərəhlə dolur. Əlverişli iqlim şəraitimiz ölkəmizə bitib-tükənməyən bol nemətlər bəxş edib.
Azərbaycanın təbiəti o qədər gözəl və sirlidir ki, yayın qızmar günlərində dağlarımızın başında qar olur. Vətənimin gözəlliklərindən, möcüzələrindən yazmaqla qurtarmaq olmaz. Çünki Azərbaycanın təbiəti rəngarəngdir, bölgələrimizin torpaqları əkinə yararlıdır, zəngin flora və fauna aləminə malik tükənməyən bir xəzinədir.
Torpağımın üstündən əlavə altı da sərvətlərlə zəngindir. Xəzər dənizindən çıxan “Qara qızıl” vətənimi bütün dünyada tanıdır və xalqımıza milyonlarla gəlir gətirir. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində, Xəzər hövzəsində yerləşir.
Respublikada təbiətin qorunmasına böyük qayğı göstərilir. Ən qiymətli və nəsli azalan heyvanlar, bitkilər üçün dövlət təbiət qoruqları yaradılmışdır. Daha ətraflı »
-
07MarDigər TƏBİƏTİ QORUYAQ VƏ SEVƏK üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
07MarDigər “BALA KİRPİ”nin ATMACALARI üçün şərhlər bağlıdır
–Son dəblər haqqında nə deyə bilərsiniz?
–Elə geyinirlər ki, arxadan arvadla kişi seçilmir. Cavan qızlar bir yana, bəzən yaşlı qadınların dar şalvarlardan və hər yeri açıq köynəklərdən görünən əzaları az qalır adamın gözünə girsin. Onların əvəzinə adamın özü utanır.
* * *
–Rayonumuzun bu mərkəzi bazarı var ha, bilmirsən orda vəziyyət nə vaxt düzələcək?
–Oranın müdiri insafa gələndə. Bir də ağzında “bazar” deyirsən, orada vəziyyət düzəlsə, onda bazar olmaz ki!.. Daha ətraflı »Teqlər: Digər
-
27FevDigər üçün şərhlər bağlıdır
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.
“…Bizim yolumuz inkişaf yoludur… Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.
“…Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək”.İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
27FevTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşüləri Hüsənli kəndində oldu.
Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kəndin sakinləri iştirak ediblər.
Əvvəlcə kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
27FevSəhiyyə ƏHALİNİN KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ APARILIR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Daha ətraflı »Teqlər: Səhiyyə
-
27FevXəbərlər “ANA DİLİ MİLLİ VARLIĞIMDIR üçün şərhlər bağlıdır
Şəhər 6 saylı tam orta məktəbdə “Ana dili milli varlığımdır” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zülfiyyə Abdullayeva açıb.
Dövlət himni səsləndirilib.
Məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
27FevXəbərlər “ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏDƏ MƏNƏVİ DƏYƏRLƏRİN ROLU” üçün şərhlər bağlıdır
Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27FevXəbərlər İnşa yazı müsabiqələri üçün şərhlər bağlıdır
“TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR”
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27FevXəbərlər “XOCALI ƏSRİN FACİƏSİDİR” üçün şərhlər bağlıdır
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27FevMədəniyyət MƏHİ BABA İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Məhi babanı rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Onunla görüşüb dünyanın azından-çoxundan, dərdindən-sərindən, elimizdən-obamızdan söz salsanız, görərsiz ki, bu insan bir ipək kələfidir. Onun vətənə olan məhəbbəti doğma Tərtərimizə olan sevgisi ali hisdir.
Biz Məhi babanın yaddaşına heyran qaldıq. O bizə söylədi ki, Sovet hakimyyəti qurulduqdan sonra, ölkənin hər yerində olduğu kimi, bizim Tərtər rayonunda da yeni tipli məktəblər açıldı. Belə məktəblərdən biri də “ŞEKAYM”adlı məktəb olub, yəni kəndli–gənclər məktəbi. Daha ətraflı »Teqlər: Mədəniyyət
Yeni ismarıclar