Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Dek

                                                                        QƏLBİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
    Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaş-larımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

    Bu gün dünyanın 5 qitəsində milyonlarla azərbaycanlı yaşayır. Onların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu istedadı, bacarığı ilə böyük uğurlar qazanıb. Onların arasında tanınmış rejisorlar, bəstəkarlar, həkimlər və daha çox tanınmış sənət insanları vardır.Xaricdə yaşayan azərbaycanlılar bəzən rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Belə ailələrdən biri, həmyerlilərimiz İsmayıl Əsədovla Tünzalə Abbasqızının (Hüseynova) övladları- Niderlanda yaşayan Əsədova Cəmilə İsmayıl qızı və kürəkəni Çinarlı Əh-məd Seyid oğludur.
    31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi Günü ərəfəsində Tünzalə Abbasqızı ilə əlaqə yaratdım, yazmaq istədiyimi bildirdim. Sosial şəbəkədə söhbətimiz maraqlı alındı. Bir ananın xaricdə yaşayan övladı haqqında ürək açıqlığı ilə fikirlər söyləməsi onun razılığından bəhs edirdi. Bilirdim ki, 2020-ci ilin əvvəlindən ailəsi ilə birlikdə–mart ayından pandemiya dövrü başlayandan Niderlandda qonaq kimi qalmağa məcbur olmuşdular. Hazırda isə doğma Vətəndədirlər.
    Əslən Tərtərli olan bu ailənin qızı Cəmilə və kürəkəni Əhməd hər ikisi Bakı şəhərində Azərbaycan Beynəlxalq Universitetin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitiriblər. Bir müddət Azərbaycanda fəaliyyət göstərsələr də hazırda mühacir həyatı yaşayırlar. Onların iş fəaliyyətləri və ailə həyatı birlikdə Niderlandda yaşamalarına səbəb olub. Hər ikisi xaricdə yaşamalarına baxmayaraq ailəyə bağlı insanlardır. Qızları Fidan Niderlandda kollecdə əla qiymətlərlə təhsil alır, oğlanları İsmayıl isə azyaşlıdır.
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ailə üçün də şərəfli günlərdən biri hesab olunur. 2020-ci il xalqımı-zın yaddaş tarixində bir sıra ağrılı, həm də qürurlu günlərlə yazıldı. Həm dünyanı ağuşuna almış COVİD-19-pandemiya, həm də Azərbaycanda başlamış Vətən müharibəsi II Qarabağ savaşı bir çox ailələrdə itkilərə səbəb oldu, insanlarımız şəhid oldular. Lakin mübariz və mətin xalqımız hər iki müharibənin sonunda zəfər qazanmağa nail oldu. Bir azərbaycanlı kimi bu ailə də doğma Vətənləri Azərbaycanın qazandığı uğurlara ürəkdən sevinənlərdən oldular. Həmrəylik günü münasibəti ilə hər kəsi ürəkdən təbrik edirlər və qarşıdan gələn azərbaycanlıların müqəddəs bayramı “Novruz”da doğma Vətəndə bayram etmək arzusu ilə yaşayırlar. Müqəddəs bayramlarda görüşənədək. Bu istək xaricdə yaşayan hər bir azərbaycanlının arzusudur. Ömürlərinin bir hissəsini mühacir kimi yaşayan hər kəsin ürəyi sonda yenə də doğma Vətənində yaşamaq ar-zusu ilə döyünür. Elə Cəmilə ilə Əhməd kimi.
    Xaricdə yaşayan bütün həmvətənlərimizi Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edib, uğurlu mühacir həyatı arzulayıram.

                                                                                                                                            Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:55

İsmarıclar bağlıdır.