MÜRACİƏTİMİN HƏLƏ NƏTİCƏSİ YOXDUR
Hörmətli redaksiya!
2013-cü il 28 iyun tarixində quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olması müəyyən edildi.
Bu yenilik haqqında sizin “Yeni Tərtər” qəzetində “Quşçuluq sənayesində yeni kəşf” adlı məqalə çap edildi. Lakin təəssüflər olsun ki, bu məqalə ilə aidiyyəti olan heç bir təşkilat maraqlanmadı.
Beş il keçdikdən sonra, 2018-ci ilin aprel ayının 26-da mən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bu haqda müraciət etdim. Nazirlik quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olmasının müəyyən edilməsinin yerində yoxlayıb, nəticəsi haqqında məlumat verilməsini Tərtər rayonun o vaxtkı Kənd Təsərrüfatı İdarəsinə həvalə etdi. Həmin idarənin rəhbərliyi işçi qrupu yaradaraq, bu yeniliyi yerində yoxladı və doğru olduğunu təsdiq etdi. 4 may 2018-ci il tarixdə həm mənə, həm də Kənd Təsərrüfatı Nazirliyinə rəsmi məlumat göndərdilər. Xeyli vaxt keçdikdən sonra mənə Azərbaycan Milli Elmlər Akademiyasından bildirdilər ki, bu yeniliklə bağlı Zoologiya İnistitutuna müraciət edim. Mən həmin İnstitutun direktoruna müraciət etdim. Direktor bu yeniliyin yoxlanıb şəhadətnamə verilməsinin onların səlahiyyətləri olmadığı haqqında rəsmi cavab göndərdi. Məktubda yeniliyin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə aid olması bildirilirdi. Daha ətraflı »
Yeni ismarıclar