Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Arxiv
-
18Dek
Sən düşünmə dərdsiz insan,
Hər bir kəsin öz dərdi var.
Çoxdu dərdi dərd qananın,
Qanmazın qanmaz dərdi var. |
Kiminin var bala dərdi,
Kimə verib bəla dərdi.
Çəkən verir yola dərdi,
Çəkməyənin saz dərdi var. |
Dərd var, sinələr dağlayır,
Dərd var, görənlər ağlayır.
Kiminsə dərdi çağlayır,
Kimi anlamaz, dərdi var. |
Əli, dərdi de qanana,
Açma dərdin hər nadana.
Ocaq demə hər yanana,
Ocağın da köz dərdi var. |
İnsan var ki, nəfdi dərdi,
İnsan var ki, kefdi dərdi.
Kiminin sevməkdi dərdi,
Sevənin də naz dərdi var. |
|
Müəllif: Redaktor, 14:20