Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Dek

    Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
    Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
    İtirə-itirə gedirdik
    Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Bu mənada milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır.
    Bizim üçün ən böyük bayramlar Ramazan, Qurban və Novruz olub, amma Yeni il onlardan qat-qat təntənəli qarşılanırdı, müstəqillik əldə etdikdən sonra bu bayramları da rəsmi şəkildə qeyd etməyə başladıq. Daha bir misal; rus dilinə elə aludə olmuşduq ki, hətta ana dilimizə ikinci dil kimi baxanlar zümrəsi də formalaşmışdı.Əlbəttə, qeyri dilləri bilmək çox yaxşı haldır, bir şərtlə ki, öz dilinə arxa çevirməyəsən. Yaxud da bir zamanlar din deyəndə, ilan vurmuş kimi sıçrayan birindən hansı mənəvi dəyərləri öyrənəcəkdik ki? Məhz bu mənəvi dəyərimizə də müstəqillik illərində sahib çıxma-ğa başladıq.

    Müəllif: Redaktor, 15:08

İsmarıclar bağlıdır.