Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy

    Azərbaycan Respublikasının Müdafiə nazirliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan avto yürüş keçirilib. Qarabağ istiqamətində “Qarabağ Azərbaycandır Və nida” şüarı altında keçirilən yürüş dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərlə təşkil olunub. Yürüş 3 istiqamətdə eyni zamanda başlayıb: “Bakı-Tərtər”, “Biləsuvar-Beyləqan”, “Qazax-Gəncə”. Hər üç istiqamətdə tədbirlər mitinq ilə başlayıb. Marşrut boyu yerləşən Şəhidlər Xiyabanları ziyarət edilib, şə-hidlərin məzarı üzərinə gül dəstələri qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, yürüş iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, düş-mənlə bir addımlıqda yaşayan tərtərlilər yaşayış məntəqələrimizi atəşə tutmasına, təxribatlarına baxmayaraq, qəhrəmanlıq nümunəsi göstərir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yeni yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir.
    Rayonumuzda aztəminatlı ailələrə, o cümlədən, şəhid ailələrinə, əlillərə Qarabağ müharibəsi veteranlarına, məcburi köçkünlərə və qaçqınlara dövlət səviyyəsində yüksək sosial qayğı göstərilir. Ra-yon rəhbərliyi bu qəbildən olan insanları daim diqqət mərkəzində saxlayır.

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.