Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04İyn

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd edildiyi kimi, hazırda dünyada 7 milyonadək insan yeni növ koronavirus(COVİD-19) xəstəliyinə yoluxmuş, 400-minədək şəxs vəfat etmişdir. Respublikamızda hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
    Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əha-tə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında is-tehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
    Pandemiya dövründə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin bütün prospekt və küçələrində, qəsəbə və kəndlərində, idarə, müəssisəvə təşkilatlarındahəftədə 2 dəfə pandemiyaya qarşı de-zinfeksiya və profilaktika tədbirləri aparılır, əhali arasında maarifləndirmə işləri gücləndirilir.Hazırda bu tədbirlər davam etdirilir
    Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edər-kən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməlidir.
    Əziz sakinlərimiz! İnsanların toplaşdığı və yaxın təmasda olduğu açıq və qapalı ictimai yerlətrdə, nəqliyyatda,ictimai iaşə, ticarət və xidmət obyektlərində aranızda sosial məsafənin qorunmasına diqqət yetirin və maskadan istifadə edin.

    Müəllif: Redaktor, 17:02

İsmarıclar bağlıdır.