Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Yaşadığımız hər gün boyunca yeni xəbərlər, məlumatlar eşidirik. Necə deyərlər “Qulaq hər gün yeni bir söz eşitməsə kar olar”. Amerikalı alimlər insanlar arasında maraqlı bir araşdırma aparıblar. İnsan ömrünü orta hesabla 78 il olaraq hesablayan mütəxəssislər maraqlı nəticələrə gəliblər.
    Son ana kimi Eynşteynin yanında olan tibb bacısı alman dilini bilmədiyi üçün yəhudi əsilli alman fizikin ölmədən öncə nə dediyi bilinmir.
    Hər bir insan orta hesabla 290 min dəfə gülür.
    Hər bir insan ömrü boyunca 25 il yatır.
    Marafon qaçışı yarışlarında zəncilərin daha çox uğur qazanmasının səbəbi ayaqlarında ağ dərililərdən fərqli olaraq 2 ədəd artıq vətərin olmasıdır.
    Hər bir insan ömrü boyunca təxminən 2 milyon dəfə biri-birinə söz verirlər.
    İşləyən insanlar təqribən 5 ilini oturmaqla keçirirlər.
    Hər bir insan yemək bişirmək üçün 2,5 ilini, yemək üçün isə 3,5 ilini sərf edir.
    Qadınlar 17 ilini yalnız artıq çəkidən xilas olmaq üçün xərcləyirlər.
    Qadınlar 8 ilini alış-verişə, 1,5 ilini isə qadın salonunda keçirir.
    İnsan 1 ilini ev təmizliyinə sərf edir.
    İnsan ömrünün 10 ilini işləməklə keçirir. (20-65 yaş arası həftədə 40 saat işləyənlər)
    İnsan ömrünün 90 faizini qapalı mühitdə keçirir.
    İnsan ömrü boyunca 9 il televiziya seyr edir. 2 il isə sadəcə reklamları izləyir.
    Hər bir insan ildə 2 min yuxu görür.
    Hər bir insan təxminən 4,5 il avtomobil idarə edir və bu insanlar ilin 3 ayını yollarda keçirir.

    Müəllif: Redaktor, 08:56

İsmarıclar bağlıdır.