09Apr
AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha ətraflı »
09Apr
Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.
1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur.
İllər keçir, Ələsgər nakam məhəbbətin ağrıacısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır.
Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər on il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir. Daha ətraflı »
09Apr
Adım Ələsgərdir, Göyçə mahalım,
Ələst aləmində demişəm bəli.
1821-ci il. Göyçə mahalı. Ağkilsə kəndi. Yazın ilk günü. Yoxsul Alməmməd kişinin kiçik komasında bir uşaq dünyaya gəldi. Körpənin adını Ələsgər qoydular. 13-14 yaşına çatanda atası onu bir varlının qapısına nökərçiliyə verdi. Amma uçmaq üçün yarananlar sürünə bilməzlər. Ələsgər o qapıdan qovuldu, ancaq Allah ona başqa bir qapı açdı. Azman saz, söz ustadı Aşıq Alının yanında düz on il aşıq sənətinin sirlərini öyrəndi. Məclislərin birində öz şagirdinə dəyər vermək üçün sazını ona bağışlamaq istəyir. Amma Ələsgər öz ustadının sazını qəbul etmir və dillər əzbəri olan məşhur şeirini deyir.
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar.
Məktəb üzü görməyən, yazı-pozu bilməyən, fitrən istedad sahibi olan, Daha ətraflı »
06Apr
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Daha ətraflı »
31Mar
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxil idi.
Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendlərlə tanış olublar.
Sonra jurnalistlər işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan işlərə baxıblar.
Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda Daha ətraflı »
31Mar

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.
Mərasimdə iştirak edən rayon rəhbəri prezident İlham Əliyev Daha ətraflı »
31Mar

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin martaprel aylarında yaşanmışdı.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha ətraflı »
31Mar
QÜRUR DUYDUĞUMUZ ƏSGƏR

Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa Daha ətraflı »
31Mar
SU GƏLƏN ARXA YENƏ SU GƏLDİ
İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu. Daha ətraflı »
Yeni ismarıclar