Tərtər Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd
inzibati ərazi dairələri üzrə namayəndəliklərində 2019-cu ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
29 İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları 8 yanvar 2020-ci il tarixdən 29 yanvar 2020-ci il tarixi əhatə edəcəkdir.
Hesabat yığıncaqlarında il ərzində görülən işlərə yekun vurulur və gələcək vəzifələr müəyyənləşdirilir.
İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq cədvəl təsdiq olunmuş, məsul nümayəndələr ayrılmış və əsas tədbirlər müəyyən edilmişdir. Daha ətraflı »
-
17YanXəbərlər GÖRÜLƏN İŞLƏR TƏHLİL OLUNUR, VƏ HƏDƏFLƏR MÜƏYYƏN EDİLİR üçün şərhlər bağlıdır
-
17YanDigər TƏBRİK üçün şərhlər bağlıdır
“Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-baba ocağıdır”
Ümummilli Lider
Heydər ƏLİYEV
Hörmətli Tofiq Yusif!
Sizi – Dünya Azərbaycanlılarının Həmrəylik Gü-nü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram!
Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı “Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan müs-təqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların işıqlandırılmasında Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət diləyirəm!
Qoy üzünüzə gələn illər həyatınıza yeni nəfəs və təravət bəxş etsin, Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
Şəhid gizir Aydın Abdullayevin
atası Əmirsoltan Abdullayev
Bakı şəhəri -
17YanDigər 20 YANVAR–ÜMUMXALQ HÜZN GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Daha ətraflı » -
17YanDigər QAN YADDAŞIMIZ üçün şərhlər bağlıdır
Ölkəmizin qan yaddaşına yazılan faciələrdən biri də sovet ordusunun dinc əhaliyə qarşı 1990-ci il
Yanvar ayının 19-dan 20-ə keçən gecə törətdiyi qanlı faciədir.
Bu il 20 Yanvar faciəsinin 30 ili tamam olur. Ölkə əhalisi tərəfindən hər il bu faciənin qurbanları dərin hüzünlə yad edilir.
Rayonumuzun ümumtəhsil məktəblərində də 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi dərslər və tədbirlər keçirilir. Daha ətraflı » -
17YanDigər 20 YANVAR FACİƏSİNDƏN 30 İL ÖTÜR üçün şərhlər bağlıdır
30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhi-fələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüş-çülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi saxta Sovet ideologiyasının iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan etdi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq!” –deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla xalqın yaddaşına həkk olundular. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. Yalnız böyük şəxsiyyət, qəlbi hər zaman Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev xalqına təsəlli verdi. O günləri xatırlayan Prezident İlham Əliyev deyir: “Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək,–mən də onun yanında idim,–öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.” Daha ətraflı »
-
17YanDigər ŞƏHİDLƏR XATİRƏLƏRDƏ ƏBƏDİ YAŞAYIRLAR üçün şərhlər bağlıdır
Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin avtomobilində şəhid ailəsi ilə görüşə gedirik. Bir zaman
daşlı-kəsəkli yollardan əsər-əlamət yoxdur. Asfalt döşənmiş, hər iki tərəfi səliqə-sahmanlı kənd yolu ilə maşınlar şütüyür. Heç bir məlumatım ol-mayan şəhidi və onun ailəsini dü-şünürəm. Xəyalımda suallar bir-birini əvəzləyir. Nəhayət, maşın yaraşıqlı bir evin həyət darvazası yanında dayandı. Ətrafda sakitçilik hökm sürürdü. Nümayəndə ilə birlikdə evə daxil oluruq. Bizi görcək qarşımıza gəlib görüşürlər. Şəhidin anası Atlas xala, nənəsi Maya xala, qardaşı Maxsud, evin gəlini və nəvə. Dedilər ki, bacısı gəlsin sizə məlumat versin. Az keçməmiş digər qardaşlar Murad, Ülfət və bacısı Zülfiyyə gəlir. Söhbət zamanı məlum oldu ki, Seymurun haqqında dasnışmasını məsləhət bildikləri bacısı –Zülfiyyə Xoruzlu kənd tam orta məktəbində müəllim işləyir. O şagirdlərinə tez-tez kəndin şəhid oğ-lanları haqqında danışır, onların qəhrəmanlıqlarından söz açır. Elə qardaşı Seymurdan da. Bu gün də bizə danışdı. Daha ətraflı »
-
17YanKənd Təsərufatı QIŞ AYLARINDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır
Hazırda rayonumuzda qış mövsümündə kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Payız mövsümündə görülən işlər başa çatmaq üzrədir. Bu günlərə qədər rayonumuzun təsərrüfatlarında 10499,8 hektar payızlıq əkinin səpin işləri aparılıb. Ondan 5981, 9 hektar buğda, 4381, 9 hektar arpa, 156 hektarı xəsil təşkil edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 1013,5 hektar yonca səpini aparmışlar. Rayonda taxıl əkinlərinin səpini oktyabrın 10-dan başlayan kimi təsərrüfatlarda dərhal səp-suvar işləri görülmüşdür. Havaların əlverişli keçməsindən istifadə edilərək təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 10150 hektar ərazidə taxıl əkinlərinin səp-suvarma işlərini aparıblar. Daha ətraflı »
-
17YanMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
SAVABLA GÜNAHIN, HALALLA HARAMIN QARIŞDIĞI İNSAN ÖMRÜ
Hər çiynimizdə bir mələk oturur. İnsan bu dünyaya gələndən o biri dünyaya gedənə qədər etdiyi savab əməlləri biri, günah əməlləri isə digəri yazır və Tanrı bu əməllərə baxıb, həmin adamın Cənnətlik, yaxud Cəhənnəmlik olduğu haqqında hökm verir. Orda pul işləmir, qohumbazlıq olmur, yaltaqlıq keçmir…
İndiki zamanda haramla halal, günahla savab biri-birinə necə qatışıbsa, bəzən onları ayırd etmək olmur, adam məəttəl qalır. Necə ki, hədislərdə buyrulub: vaxt gələcək ki, insanlar bilməyəcəklər yedikləri şeylər halaldır, yoxsa haramdır. Savabla günahın da sərhədləri itib. Bax indi həmin zaman gəlib, günahla savabın, halalla haramın qatışdığı zaman. Lakin burda bir cəhətə xüsusi fikir vermək lazımdır, bir var bilə-bilə günah işlədəsən, haram yeyəsən, bir var bilməyə-bilməyə. Bunların da Tanrı Dərgahında qiymətləri fərqlidir.
Əsil mətləbə keçək. Daha ətraflı » -
17YanDigər DOSTLUQ SARSILMAZ MÜNASİBƏTDİR üçün şərhlər bağlıdır
Yaşından asılı olmayaraq hər kəsin əhatəsində məktəbdə, işdə və doğmaların arasında ona daha yaxın sirdaş və dost adamlar olur. Dostları bir-birinə bağlayan ən saf hiss hətta ailə üzvləri ilə paylaşa bilmədiklərini bir-biri ilə bölüşməkdir. Əsl dost bütün məqamlarda dəstəyini bizdən əsirgəməyən adamdır. Atalar məsəlidir: “Qardaşın necə adamdır?”
Cavab verirlər: “Bilmirəm, yoldaş olmamışam”. Bəziləri də deyir ki, dost insanın ailəsidir. Bunu deyənlər yanlış fikirləşirlər. Dostluqda möhkəm olmaq lazımdır ki, bunu qarşı tərəfdən də görə biləsən. İnsani duyğu olan dostluqda vəfa, etibar, hörmət, səmimiyyət və məhəbbət hökm sürməlidir. Yaxşı dost öz yoldaşını da doğru yola dəvət edər, onun mənəviyyatının zənginləşməsi üçün əlindən gələn köməkliyi göstərər. Ağıllı adamlarla dostluq edənlər həyatda müvəffəqiyyətlər qazanırlar. Bu haqda hikmətli atalar sözləri vardır: “Ağıllı düşmən nadan dostdan yaxşıdır”; “Doğru dostluq qərəzsiz olar”; “Yoldaşını nişan ver, özünü tanıt”; “Ağac kökləri ilə insan dostları ilə var olar”; “Dost dosta tən gərək, tən olmasa gen gərək”; “Hər şeyin təzəsi, dostun köhnəsi”; “Dost dosta yaman gündə gərəkdir”; “Dost ziyankar olmaz, ziyankar da dost olmaz” “Dost yolunda boran olar, qar olar” və s. Ən şirin xatirələr dostlarla bağlı olan xatirələrdir. Dost seçəndə həmin insanı yaxşı tanımalıyıq. Dostluqda maddi tərəfdən deyil, gərək mənəvi cəhətdən bərabərlik olsun. Sözsüz ki, bu münasibətdə olan insanların xasiyyətində oxşarlıq vardır. Daha ətraflı » -
10YanXəbərlər TƏRTƏRLİLƏR YENİ İLİ QARŞILADILAR üçün şərhlər bağlıdır
Tərtərlilər 2019-cu ili yüksək nəticələrlə yola saldılar. Həmin il respublikamızın hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin, hərbiçilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib,2019-cu ildə qazanılan uğurlardan danışıb.
Bildirib ki, yola saldığımız ildə rayonun makroiq-tisadi göstəriciləri yüksə-lib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Qaçay Mehdiyev, Bəsti Bağırova, Teymur Rəhimov və Vəzir Orucov küçələrində abadlıqquruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, küçələrə asfalt örtüyü salınıb və işıqlandırılma sistemi Daha ətraflı »
Yeni ismarıclar