Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyl

    1934-cü ildə nəşrə başlamış, 87 illik keşməkeşli ömür yolu keçən Tərtər rayonunun yerli qəzeti milli mətbuatımızı təmsil edən bir qəzetdir. Rayon qəzeti hazırda “Yeni Tərtər” adi ilə nəşr olunur və elektron versiyası 20-dən çox ölkədə on minlərlə izləyici tərəfindən izlənir. Oxucu sevgisi qazanmaq üçün kollektivin üzvləri məsuliyyətlə çalışır. Qəzetin fəaliyyətinə rayon rəhbərliyi yaxından köməklik göstərir. Hər an öz qayğısını əsirgəməyən rayon ic-ra hakimiyyəti qəzet əməkdaşlarının zəhmətini diqqət mərkəzində saxlayır.
    Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov və Təşkilatın Aparat rəhbəri Kamil Məmmədov Milli mətbuatımızın 146 illiyi ilə əlaqədar redaksiyada olmuş, “Yeni Tərtər” qəzetinin əməkdaşlarını bayram münasibəti ilə təbrik etmişlər. Tədbirdə Ramiz Şabanov və Kamil Məmmədov Milli mətbuatımızın tarixindən danışmış və bu sahədə rayon qəzetinin əvəzsiz rolundan bəhs etmişlər.
    Qeyd olunmuşdur ki, milli mətbuatımızın 146-cı ildönümü ilə bərabər Tərtər rayon qəzetinin 87-ci ildönümünü qeyd edirik. Bu illər ərzində rayon qəzetinin adı dörd dəfə dəyişilsə də, onun amalı və məqsədi dəyişilməmişdir. Nəşrə başladığı ilk illərdə, Böyük Vətən müharibəsi dövründə həmçinin Biorinci və İkinci Qarabağ müharibəsi müddətində rayon qəzeti ciddi sıxıntılar və maliyyə böhranı yaşasa da, öz fəaliyyətini davam etdirmiş , dövlətə və dövlətçiliyimizə sadiq olmuşdur.
    Bu gün “Yeni Tərtər”adı ilə nəşr olunan rayon qəzetimiz öz dəsti-xətti ilə region mətbuatı sırasında sayılıb- seçilənlərdən biridir
    “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif göstərilən diqqət və qayğıya görə Tərtər Rayon İcra Ha-kimiyyətinə və YAP Tərtər Rayon Təşkilatına redaksiya kollektivi adından minnətdarlıq etmişdir.
    O göstərmişdir ki, mətbuata abunə yazılışı könüllü olduğuna görə bu vacib məsələni həll etmək bir o qədər də asan deyildir. Rayon rəhbərliyinin və Yap Tərtər Rayon Təşkilatının köməkliyi sayəsində biz hər il abunə yazılışını təşkil edə bilirik. Bunun üçün kollektivimiz adından hər iki təşkilatın rəhbərliyinə minnətdarlığımı bildirirəm.
    Tədbirin sonunda ”Yeni Tərtər” qəzetinin əməkdaşlarına YAP Tərtər Rayon Təşkilatının adından hədiyyələr verildi.
    Hədiyyələri Ramiz Şabanov və Kamil Məmmədov təqdim etdilər.

    Müəllif: Redaktor, 10:57

İsmarıclar bağlıdır.