05Mar
2019-cu İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNDU
2019-cu ildə Tərtər rayo-nunun sosial-iqtisadi inkişafı uğurla davam edib, geniş tikinti-quruculuq işləri aparılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması is-tiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərib. Bu barədə Tərtər rayonunda 2019-cu ilin ye-kunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şə-hərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2019-cu ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar.
Keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tərtərlilər əvvəlki illərdə olduğu kimi, 2019-cu ili də yüksək göstəricilərlə başa vurublar. Həmin ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Daha ətraflı »
05Mar

Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu bildirdi.
Qeyd olundu ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə artdı. Daha ətraflı »
05Mar
YAP rayon təşkilatı qərargahında Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açdı.O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavastə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetrilmələrindən danışdı, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin laqeydliyi barədə söz açdı. Daha ətraflı »
05Mar

Bu günlərdə 2019-2023-cü illərdə Azərbaycan Respubli-kasının Regionlarının Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan uzunluğu 33,5 kilometr olan, 10 yaşayış məntəqəsini birləş-dirən Səhlabad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-QazyanTəzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb.
Hazırda yolun yatağı işlənilir, genişləndirilməsi aparılır. Yolun çiyin hissəsində yerləşən və genişləndirməyə mane olan kommunikasiya xətləri qaydaya salınır. Yolun üzərində olan köhnə suötürücülər təzələnir, böyük diametrli suötürücülərlə əvəz edilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görülən işlərlə yerində tanış olmaq üçün Əski-para kəndində olub, sakinlərlə və iş icraçıları ilə görüşüb, lazımi tövsiyyələrini verib və kəndin digər problemləri ilə maraqlanıb. Daha ətraflı »
05Mar
ÜMUMRAYON TƏDBİRİ
Tərtərdə XX əsrin ən dəh-şətli cinayətlərindən sayılan Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə
umumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »
05Mar
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı müsabiqəsi, foto və rəsm sərgiləri təşkil edilib, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon rəhbərliyi tərəfindən Xo-calı sakinləri ilə görüş keçirilərək mü-raciətləri dinlənilib, onlara ərzaq yardımı göstərilib.
Soyqırımı günü Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, Qarabağ əlilləri, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, “N” saylı hərbi hissənin əsgər və za-bitləri Şəhidlər abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirələrini ehtiramla yad ediblər.
“Yeni Tərtər”
05Mar
Torpaqları bərəkətli, təbiəti gözəl, havası, suyu təmiz, insanları işgüzar və zəhmətkeş olan qəhrəman Tərtərdə bu günlərdə tarlalarda yaz əkin işləri davam edir. Təsərrüfat sa-hibləri hazırda buğda, arpa, yonca və meyvə bağlarında ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə işləri aparmaqla, həmin ərazilərdə aqrotexniki qulluq qaydalarını da davam etdirirlər.
Fermerlərimiz məhsuldarlığın artırılması üçün üzvü gübrənin verilməsi işlərini yüksək səviyyədə aparırlar. Hazırda rayonumuzda tərəvəz əkin sahələrimiz vardır və bu sahələr soğan və sarımsaq bitkilərindən ibarətdir. Fermerlərimiz bu əkinlərə yüksək səviyyədə qulluq edirlər. Daha ətraflı »
05Mar
HALAL ZƏHMƏTİN PİLLƏLƏRİ
Çeşid-çeşid insanlar içərisində elələri var ki, onları seçilmişlərdən hesab etmək olar. Belə insanlar ailədə də, cəmiyyətdə də öz yeri, sanbalı olanlar, təmkini, müdrikliyi, idarəetmə bacarığı ilə fərqlənənlərdir. Rayonumuzun tarixində belələri çox olub. Onların hər birinin yaddaşlarda özünəməxsus izi qalıb.
Taryel Məmmədov da belə şəxslərdən biri idi. Şəxsi keyfiyyətləri, ağır, sanballı hərəkətləri, səmimi görkəmi, insanlarla işləmək bacarığı onu fərqli biri kimi tanıtmışdı. Zəhmli olmasına baxmayaraq, sadə insanıydı Taryel müəllim.
45-50 il bundan əvvəl rayonumuzun rəhbər vəzifələrdə işləyənlərini yaxşı xatırlayıram. Sanki, onlar bütün cəhətlərində fərqli insanlarıydı. Elə Taryel müəllim də…
Bu gün belə şəxsiyyətləri xatırlamaq, onların keçdiyi ömür yoluna nəzər salmaq hər birimiz üçün vacibdir və gərəklidir.
Məmmədov Taryel Hüseyn oğlunun həyat və fəaliyyətini öyrənmək üçün ailəsinə müraciət etdim. Daha ətraflı »
05Mar
Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. Daha ətraflı »
05Mar
Bu günlərdə rayonumuzun ucqar kəndlərindən biri olan Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev əlində bir neçə diplom və medallarla redaksiyaya gəldi. Onun bura gəlməsi səbəbsiz deyildi. Məktəbin şagirdi Məmmədli Rəvan Vasif oğlunun uğurları barədə məlumat verərək danışmağa başladı:
–Bu uşaq bizim məktəbin fəxridir. Onun idmanda qazandığı uğurlar müəllim və şagird kollektivimizi ürəkdən sevindirir. İstəyirəm ki, bizim bu qoçaq oğlanımız haqqında kiçik bir məqalə yazılsın.
Sabahı gün Asif müəllim Rəvanın özü ilə birgə gəldi və dedi:
–Rəvanın uğurunu təkcə onun özünün deyil həm də məktəbimizin uğuru hesab edirəm. Hazırda onbirinci sinifdə oxuyur. Əksər vaxtlarda məşqlərə və yarışlara icazə vermirik ki, dərsləri ilə məşğul olsun. Lakin idmana olan marağı onu çempion edib. Dəfələrlə zona yarışlarında iştirak edərək qalib olub. Daha ətraflı »
Yeni ismarıclar