Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Dek
    Xəbərlər MİLLƏTİMİZİN BAŞINA GƏTİRİLƏNLƏR ÇOX DƏHŞƏTLİDİR! üçün şərhlər bağlıdır

    1920-1953-cü İLLƏR ƏRZİNDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTANI İDARƏ EDƏN
    DÖVLƏT RƏHBƏRLƏRİ

    Azərbaycan KP MK-nin Milliyyəti İllər
    I katibləri

    1.Qriqoriy Kaminiskiy yəhudi 1920-21
     2. Sergey Kirov rus 1921-26
    3. Ruhulla Axundov azərbaycanlı 1925-26
    4. Levon Mirzoyan erməni 1926-29
    5. Nikolay Qiqolo ukraynalı 1929-30
    6. Vladimir Polonskiy yəhudi 1930-33
    7. Ruben Mkrtçyan erməni 1933-33
    8. Mircəfər Bağırov azərbaycanlı 1933-53

     Ermənistan KP MK-nin Milliyyət

       Ikatibləri

                                                                                 1. Gevork Alixanyan erməni 1920-21
                                                                                 2. Sarkis Srapionyan erməni 1921-22
                                                                                3. Aşot Hovanisyan erməni 1922-27
                                                                               4. Hayk Osepyan erməni 1927-28
                                                                               5. Haykaz Kostanyan erməni 1928-30
                                                                               6. Aqasi Xandjyan erməni 1930-36
                                                                               7. Amatuni Vartapetyan erməni 1936-37
                                                                               8. Qriqoriy Arutyunyan erməni 1937-53

  • 09Dek
    Səhiyyə SOĞAN SUYU İLƏ ŞƏKƏR XƏSTƏLİYİNDƏN XİLAS OLACAQSINIZ üçün şərhlər bağlıdır

    Soğan suyunun faydaları arasında bakteriyalara qarşı bədənin müqavimətini artırması, qan təzyiqini normada saxlaması və bəzi xərçəng növlərinə qarşı qorunma təmin etməsidir.
    Diabet: Qida lif baxımından zəngin olan soğan qan şəkəri dalğalanmalarını önləyər və az miqdarda qida lifi istehlakı səbəbiylə yaşanan qəbizliyə yaxşı gəlir. Soğan həm 1-ci tip, həm də 2-ci tip diabet xəstələrində qlükoza səviyyələrinin salınmasına köməkçi bir tərəvəzdir.
    Sidikqovucu: Soğan güclü bir sidikqovucudu və qanın təmizlənməsinə köməkçi olar.
    Öskürək: Ənənəvi olaraq bron-xit və astma müalicəsində istifadə soğan suyu eyni zamanda quru öskürəyə də yaxşı gəlməkdədir. Daha ətraflı »

  • 25Noy

    Digər üçün şərhlər bağlıdır

    “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”.

    Heydər ƏLİYEV

  • 25Noy
    Xəbərlər YAP-ın YARADILMASININ 27-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra rayon Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini bildirib. Daha ətraflı »

  • 25Noy
    Təhsil HESABATLAR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Mingəçevir şəhər, Tərtər, Bərdə, Yevlax Rayon Təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
    Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva və bölgələrin təhsil şöbələrinin müdirləri ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

    “Yeni Tərtər”

  • 25Noy
    Tərtər RİH-də SOYULAN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
    Əvvəlcə icra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri dilə gətirdi
    Sonra sakinlərin müraciətləri dinlənildi. Daha ətraflı »

  • 25Noy
    Digər 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə bağlı müəyyənləşdirilmiş yerlərin üçün şərhlər bağlıdır

    SİYAHISI

    95 saylı Tərtər Seçki Dairəsi üzrə:

    Tərtər Bələdiyyəsi

    Qapalı şərait üçün Gənclər mərkəzinin iclas zalı
    Açıq şərait üçün Tərtər şəhər stadionu
    Təşviqat üçün Seçki məntəqələri ərazisində quraşdırılmış lövhələr
    Azad Qaraqoyunlu bələdiyyəsi
    Qapalı şərait üçün Məktəbin foyesi
    Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə
    Buruc Bələdiyyəsi
    Qapalı şərait üçün Sarıcalı kənd tam orta məktəbin foyesi
    Açıq şərait üçün Kəndin mərkəzi meydanı
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə
    Cəmilli Bələdiyyəsi
    Qapalı şərait üçün Cəmilli kənd tam orta məktəbin idman zalı
    Açıq şərait üçün Kəndin mərkəzi meydanı
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə
    Dəmirçilər Bələdiyyəsi
    Qapalı şərait üçün Dəmirçilər kənd tam orta məktəbin iclas zalı
    Açıq şərait üçün Keçmiş maşın-traktor parkı qarşısındakı meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə Daha ətraflı »

  • 25Noy
    Digər ŞƏHİDİMİZİN AHIL ATASI, AĞBİRÇƏK ANASI İLƏ BİR ARADA üçün şərhlər bağlıdır

    Əsgər məktubları
    Masanın üzərinə xeyli fotoşəkil, qəzet və məktublar düzülüb. Bir-bir nəzərdən keçirərək hər birinin haqqında ətraflı məlumat almağa çalışıram. Burada çoxlu xatirələr cəmləşib. Valideynlərlə, dostlarla çəkilmiş şəkillər, lap Böyük Vətən Müharibəsindəki kimi yazılmış məktublar insanın fikirlərini çəkib çox uzaqlara aparır. Yaşlanmış ata-ananın gözlərində yaş sellənir. Gah yanaqlarından üzü aşağı dayanmayıb axır, gah da kipriklərin arasında donub qalaraq ürəyə axır.
    Məktublardan 2-sini götürüb nəzərdən keçirirəm. Birini qat kəsib, qatlanmış hissənin yazıları pozulduğundan oxunması çətindir. O üz-bu üzə çevirirəm. Ana dillənir:
    “O məktubda Arifimin əl izi, nəfəsinin ətri var. Onlar mənim üçün çox əzizdir”.
    2-ci məktubu oxuyuram:
    “Əziz və hörmətli ailəmiz, necəsiniz? İşləriniz necə gedir? Yazın görüm məktəbi qurtardınız, ya yox? Mənim vəziyyətim lap yaxşıdır. Bütün qohumlara, qonşulara salam söyləyin. Mən özüm bölmə komandiriyəm. 2 gün bundan əvvəl avtomat atmağa getdim. Yaxşı oldu. Yazın görüm, Namiqi, Nazimi orduya apardılar, ya yox? Bu haqda mənə yazın. Mənim yanımdan ora uşaqlar gələcək. Onlara heç nə verməyin. Hər şeyim var. Pulum da var. Ancaq bir məktub yazın, verin gətirsin. Adresi Ramilgilə verin, qoyun məktub yazsınlar. Toğrul da yaxşıdır. Ancaq yemək yemir. Ürəyi bulanır. Anasına deyin, ona məktub yazsın. Sağ olun! Öpürəm sizi! Nasosnu, Muxtarov Arif, 4 sentyabr 1992. Özünüzdən muğayət olun”.
    Qısa yazılmış bir əsgər məktubu.
    Muxtarov Arif Aqil oğlu 1990-cı ildə Tərtər şəhər 5 nömrəli tam orta məktəbin onuncu sinfini bitirdikdən sonra elə həmin məktəbdə texniki işçi kimi fəaliyyətə başlayır. Həmin illərdə azğın ermənilər torpaqlarımızda tez-tez fitnə-fəsadlar törədirdi. 1992-ci ildə Arif Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yollanır. Əvvəlcə Bakıda xidmət edir, sonra isə qısa bir zamanda–sentyabrın 13-də Ağdərə bölgəsinə gətirilir. Sentyabrın 14-də ata, ana, nənə, əmi, qardaşları, hətta qonşuluqdakı qız da hərbi hissəyə Ariflə görüşə gəlirlər və doğmaların hərəsi öz sovqatı ilə onu sevindirməyə çalışır. Lakin komandirin əsgərlərin yanında olması Arifi bir az çəkindirir, hətta anasının gətirdiyi yemək və şirniyyatlardan da yemir. Gələnləri hər şeyin yaxşı olacağından arxayınlaşdırıb yola salır. Daha ətraflı »

  • 25Noy
    Digər İstiqamət №5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üçün şərhlər bağlıdır

    ERMƏNİ RİYAKARLIĞI

    DAHA BİR GÜCLÜ SİYASİ ZƏRBƏ

    “Qarabağ Azərbaycandır və nida işarəsi”

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Daxili auditoriyaya hesablanmış, papulist, sərsəm çıxışları ilə öz ölkəsindəki ağır iqtisadi və sosial vəziyyəti örtbasdır etməyə çalışan, xalqının diqqətini yayındırmaq məqsədini güdən avantürist və naşı siyasətbaz Nikol Paşinyan küçədən birbaşa Ermənistanın baş nazir postuna gələndən sonra millətin ona bəslədiyi ümidlər puça çıxdı. Atalar demiş: “Uzaqdan döyüş asan görünər”. Dövlət başçısı olmaq küçə yürüşlərinə rəhbərlik etmək deyil ki? Ölkə idarə etmək, problemlər içində boğulan millətin güzəranını yaxşılaşdırmaq, aclıq, səfalət, miqrasiya, işsizlik, korrupsiya, rüşvətxorluq tüğyan edən bir məmləkətdə islahatlar aparıb, vəziyyəti sahmana salmaq əvəzinə sabiq prezidentlərlə və onların yaxın silahdaşları ilə qərəzli mübarizə yolunu seçmək Paşinyanın elə ilk vaxtlardan bacarıqsızlığını üzə çıxardı.
    O, Dağlıq Qarabağ məsələsinin də sülh yolu ilə həlli üçün deyil, bir-birinə zidd bəyanatlar verməklə erməni xislətinə uyğun danışıqları əngəlləmək yolu ilə getdi. Görün iş hansı həddə çatıb ki, son vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən danışarkən Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözünü yenidən təkrar edib.
    Nikol Paşinyan deyib ki, Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü çərçivəsində aparmaq istəyir: “Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır”.
    Bəlkə Nikol Paşinyan müvəqqəti işğal etdikləri Azərbaycanın tacı olan Şuşada (indi ölkənin “Şuşi” adlandırdıqları şəhər də) sabiq prezident Serj Sarkisyanla şərab içib, Azərbaycan “Yallı”sı oynadığına görə elə bilir ki, bu şəhər onlarındı və onlara qalacaq?! Və yaxud Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nişanlısı Mane Minasyanla Şuşada toy edib, orada kəbin kəsdirdiklərinə görə elə düşünürlər ki, bu şəhər Ermənistanındır?! Əsla yox! Bu, onların xam xəyallarıdır! Daha ətraflı »

  • 25Noy
    Ədəbiyyat MÜQƏDDƏS SÖZ üçün şərhlər bağlıdır

    Həmişə Talıb Məmmədli ilə görüşəndə, onun şeirlərini dinləyəndə müqəddəs SÖZ-ə ehtiramım bir az da artır və qəribədir ki, həmişə də fikrimdən oxşar cümlələr keçir. Mən bir neçə dəfə Talıbdan yazmışam və bu yazılar müqəddəs SÖZ-ə ithafla başlayıb. İndi də o cazibədən çıxa bilmədim.
    Həzrəti SÖZ-ə həmişə səcdə qılmışam. Çünki mənim üçün “Zati-aliləri” də, “Əla-həzrət” də SÖZ-dü. SÖZ qiblədir, SÖZ səcdəgahdır, SÖZ pirdi, ocaqdır! SÖZ Allah hökmüdü! “Ol!” deməklə küllü-kainat yaranıbsa, SÖZ qüdrətdir, SÖZ hökmdür, SÖZ hikmətdir! Və nəhayət SÖZ insanın kimliyidir–“Danış, kim olduğunu deyim”.
    “Tanıtsa, bir misra tanıdar məni”( Məmməd Aslan).
    Talıb Məmmədlini də (Həsənoğlu) tanıdan söz olub, onun şeirlərində SÖZ urvata minir, öz ucalığını qoruyub saxlayır, hər kəlməsinə fikir yüklənir, məna bələnir. Bir poetik ovqatdır Talıbın şeirlərinin hər misrası, hər beyti. Bəziləri kimi SÖZ oyunbazlığı eləmir, SÖZ-ə zor tətbiq etmir. Onun şeirlərində SÖZ ucuzlaşmır, əksinə, kəlmələrə bulaq axarı verir, düşüncələri sığallı, tumarlı olur.
    Talıb Məmmədli əsasən heca vəznində yazır. Qoşma, gəraylı, təcnis…
    Onun təcnisləri həmişə məni heyrətdə qoyur. Çünki zaman-zaman təcnis yazan azman ustadlarımız cinas qoymayıblar ki, qalsın, sən də onu yazasan. Yəni SÖZ qəhətliyində, cinas matahlığında axtar ki, yeni bir ifadə tapacaqsan! Bu, gecənin qaranlığında iynə axtarmaq kimi bir şeydi.
    Siz Abbas Tufarqanlıdakı cinaslı SÖZ düzümünə baxın:

    Atasınnan, anasınnan
    Gül gəzindi, gül gəzindi.
    Atasınnan, anasınnan
    Gül, gəz, indi, gül, gəz, indi.

    Yarı ağ libada gördüm,
    Yarı ağlı badə gördüm,
    Yarı ağlı bada gördüm,
    Gülgəzindi, Gülgəzindi. Daha ətraflı »