Tərtər rayonunun Qaraağacı kənd sakini, Vətən müharibəsi iştirakçısı Abdullayev İsmət Həmid oğlu Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Bu münasibət ilə İsmət Abdullayev rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayev və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə ilə birlikdə Vətən müharibəsi iştirakçısını qəbul edib.
Rayon rəhbəri İsmət Abdullayevi Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medallı ilə təltif edilməsi münasibəti ilə təbrik edərək medalı sahibinə təqdim edib.