10Fev
SUSUZ QALAN REDAKSİYA
3 ildir ki, “Yeni Tərtər” qəzetinin redaksiyası susuz qalıb. Səbəbi də odur ki, yeni su xətləri çəkiləndə yeni sayğac almalıydıq və yeni layihə çəkdirib “Azərsu”da təsdiq elətdirməliydik. Bunları eləməyə maddi vəsaitimiz çatışmırdı. Həm də redaksiyanın su kranı ilə ana su kəmərinin arası cəmi 2 metr ola, ya olmaya və əsası sayğaca qədər su xətti çəkilmişdi. O vaxtki Su-Kanal idarəsinin rəisi Elnur Abbasov “iki ayağını bir başmağa dirədi” ki, yox, ya sayğacın pulunu verib, texniki şərt alın, ya da ol-maz! Bu məsələ rayon rəhbərliyindən tutmuş “Azər-su”ya qədər gedib çıxdı, lakin redaksiyaya su verilməsi mümkün olmadı…
İndi 3 ildir ki, rayon qəzetinin əməkdaşları qonşulardan su “dilənir”. Bəzən 5 manat verib, 2-3 vedrə su alırıq. Amma yenə də maddi imkanımız yol vermir ki, 600-700 manat ödəyək, hazır su xəttinin kranını açıb, istifadə edək.
Eybi yox, daha su dilənçiliyinə vərdiş eləmişik. “Yoxdan Allah da bezardır”.
“Yeni Tərtər”
06Fev
Sosial- iqtisadi predmetlər hər bir ölkənin dayaq nöqtələrindən biridir. Cəmiyyətin rifah səviyyəsini yüksəltmək üçün daimi nəzarətdə və hər zaman proqresdə olmalı olan məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması bu yöndə atılan qəti və mükəmməl addımdır. Adı çəkilən proqram cəmiyyətdə xaos yarada biləcək risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin müəyyən edilmiş istiqamətlər üzrə əsas prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodlarını, eyni zamanda ölkəmizin gələcək inkişaf mühitini də müəyyən edir. Azərbaycan Sosial-iqtisadi və mədəni həyatında uzun təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Buna səbəb bu günə qədər sosial-iqtisadi, mədəni, mənəvi inkişafın zəruri predmetlərinin daimi təmin olunmasıdır. Yeni təsdiqlənmiş proqram isə bu yolda böyük dəstək qüvvəsidir.
Nəzərə alaq ki, Azərbaycan Ordusunun parlaq Qələbəsi Daha ətraflı »
04Fev
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Daha ətraflı »
04Fev
Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Respublikasının bütün sahələrdəki inkişafından bəhs edən cənab Prezident İlham Əliyev səhiyyənin inkişafına nəzər salaraq qeyd edib ki, son 20 ilə yaxın müddətdə Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana tikilib, əsaslı təmir edilib. Yeni müəssisələrin tərtibatı isə müasir standartlara yüksək səviyyədə cavab verir. İllər əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə olaraq qarşımıza qoyuldu və bu gün məqsədlərimizə çatmışıq deyə vurgulayan Prezident növbəti hədəf kimi daha təkmil və müasir tibbi xidmətin həyata keçirilməsi üçün işlər həyata keçirildiyini nəzərə çatdırıb. Müsahibə zamanı Prezident qeyd etdi ki, hakimiyyətə gələn zaman prioritet məsələ neft kapitalını insan kapitalına çevirib ölkəni neft iqtisadiyyatına əsaslanan strukturdan azad etmək idi. Bunu böyük faizlə bacaran nadir ölkələr sırasında Azərbaycanın adını çəkmək olar. Daha ətraflı »
28Yan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evləri 1-ci Qarabağ Müharibəsinin əlilləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edilmişdir.
Evlərin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi. Daha ətraflı »
28Yan
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
28Yan
Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb. Bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.
Sahib Alıyev deyib:
–Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oy-namayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin.
28Yan


“Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
28Yan

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib.
Yeni ismarıclar