Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub, icra hakimiyyətinin səla-hiyyətləri çərçivəsində olan bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin ləngidilməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən mühari-bəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat, yeni tikilmiş evlərin işıq, su, qaz ilə təmin edilməsi ilə bağlı müraciətlər olunub.
    İcra başçısı vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
    Rayon sakinləri görülən işlərə görə öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.