Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüşüb. Karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə rəhbəri cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirib və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsini nəzərə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil.
    Rayon rəhbəri dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonumuzda da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işləri uğurla davam etdirildiyini bildirib. Göstərilib ki, ötən illərdə Tərtər Rayon İcra Hakimyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 7 nəfəri müvafiq işlə təmin olunub.
    Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən könüllü fəaliyyətini başa vuran Qurbanova Vüsalə Zabil qızına sertifikat təqdim olunub, könüllülük fəaliyyətinə yeni başlayan Hümbətov İlqar Etibar oğluna isə könüllülük fəaliyyətində uğurlar arzulanıb.
    Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublika-sının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

     

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.