Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Sen

    XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Ana-doluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
    Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazilərində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınlarınmahiyyətində məhz bu amil dayanırdı.
    1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlarhəmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmışdır.
    XX əsrin əvvəlində Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da azərbaycanlılar, 40-da ermənilər, 20 kənddə isə azərbaycanlılarla ermənilər qarışıq şəkildə yaşayırdılar. Naxçıvan qəzasının 101 min nəfər əhalisinin 64 min nəfərini azərbaycanlılar, 34 min nəfərini ermənilər, yerdə qalanını isə digər millətlər təşkil edirdi.
    Şərur-Dərələyəz qəzasına gəldikdə isə, həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində yalnız 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud olmuşdur. Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini azərbaycanlılar, 21 min nəfərini ermənilər təşkil edirdi.
    Əslində, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə ermənilər əvvəlcə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən, daha sonra isə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilmişdilər.
    Mayın 11-də ermənilər bütün Naxçıvan şəhərini atəşə tuturlar. İki saat yarım müddətində şəhərdə atəş kəsilmir. Müsəlmanlar da tək-tək qarşı tərəfə atəş açırlar.
    Mayın 12-də səhər saat 10 radələrində erməni silahlıları Naxçıvan bazarında müsəlmanları gülləbəran etməyə başlayırlar.
    Ermənilər Naxçıvan qəzasında müsəlmanlardan la-yiqli cavab aldıqdan sonra, qınlarına çəkilmir, qırğınla-rın mərkəzinin Şərur-Dərələyəz və İrəvan qəzalarına keçirməyə cəhd edirlər.
    Ermənilər növbəti qırğınları Dərələyəz mahalında törədirlər. İlk qırğınlar azərbaycanlıların ermənilərlə qarışıq yaşadıqları kəndlərdə – Qndevaz və Herher kəndlərində törədilmişdi. Mayın 12-dən iyulun 10-dək Dərələyəzdə milli zəmində toqquşmalar qısa fasilələrlə davam etmişdir. Oktyabrın 27-də ətraf erməni kəndlərində cəmləşən silahlı dəstələr azərbaycanlılar yaşayan Hors kəndinə hücum etmişlər. Ermənilər əvvəlcə kəndi talan etmiş, sonra isə bütün evlərə od vuraraq yandırmışdılar. Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan “Er-mənilər və müsəlmanlar arasında silahlı toqquşmalar haqqında canişinə hesabat məruzəsi” adlı sənəddə 1905-ci ilin oktyabr ayının sonlarında Dərələyəzin azərbaycanlılar yaşayan kəndlərinin ermənilər tərəfindən yandırılıb talan olunduğu, dinc əhalinin isə küt-ləvi şəkildə qətl edildiyi qeyd olunur. 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 6 erməni kəndindən 700-ə yaxın si-lahlı erməni Hors kəndinə hücum etmişlər. Sənəddə 53 azərbaycanlının öldürüldüyü və 255 evin yandırıldığı, mal-qaranın oğurlanıb aparıldığı qeyd olunur. Horsdakı hadisələrlə əlaqədar İrəvan və Yeni Bəyazid qəzasının müsəlmanlarını həyəcan dalğası bürüdüyü də sənəddə öz əksini tapmışdır. Təqribən bir ay sürən nisbi sakitlikdən sonra 1905-ci il noyabrın 26-30-da ermənilər yenidən Naxçıvanda iğtişaşlar törətmişlər.
    1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirdikləri zaman qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçmişdilər. 800 nəfərə yaxın Ordubadlı könüllülərinin və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilmişdi. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanmışdı. Fakt odur ki, 1905-1906-cı illərdə erməni kilsəsinin və erməni siyasi partiyalarının maliyyələşdirdikləri silahlı dəstələrin Naxçıvan qəzasında silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməklə, yeni erməni ank-lavı yaratmaq cəhdləri yerli əhalinin ciddi müqaviməti nəticəsində baş tutmamışdır.
    Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.
    Ermənilərin İrəvan quberniyası ərazisində, o cümlədən də Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XIX-XX əsrlərdə soydaşlarımızın məruz qaldıqları soyqırım və deportasiyalar silsiləsinin bir mərhələsidir.

     

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.