İclasa Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanları, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Tərtər Cümə Məscidinin axundu da qatılmışdır.
Əvvəlcə rayon rəhbəri Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr və cari ilin birinci yarısında rayonda görülmüş işlər barədə danışmışdır.
Pandemiya Azərbaycanda da cari ilin 6 ayında ümumdaxili məhsul 2,7 faiz, turizm sektoru 48 faiz, tikinti sektoru 14,5 faiz tənəzzülə uğramışdır.
İcra başçısı cari ildə ölkəmizdə kənd təsərrüfatının
2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 11 faizdən çox artdığını bildirmişdir.
Rayon rəhbəri qeyd etdi ki, iyun ayının 3-də respublika prezidenti cənab İlham Əliyevin rayonumuza növbəti səfəri zamanı yeni obyektlərin açılışında iştirak edərək və Tərtərlilər haqqında xoş söz dedi.
Sonra içra başçısı cari ilin 6 ayında ra-yonda görülən işləri təhlil etdi, həmçinin göstərdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 33,5 km olan Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli kənd-lərarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmış, asfalt örtüyü qoyul-muşdur.
Uzunluğu 10 km olan İsmayılbəyli-Evoğlu yolunda asfalt örtüyü qoyulmuş, uzunluğu 3,6 km olan Kəngərli kəndarası avtomobil yollarının əsaslı təmiri başa çatmışdır.
Sonra başcı rayonda məktəblərin əsaslı təmirindən və yeni məktəb binaların tikintisindən də danışdı.
Göstərildi ki, dövr ərzində ümumi məhsul buraxılışının həcmi rayonumuzda 99 milyon 264,9 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artıqdır.
Tikinti-quraşdırma işlərinin həcmi 50,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,5 faiz artmışdır.
Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin 6 ayı ərzində 592 yeni iş yeri açılmışdır.
Cari ilin məhsulu üçün əkilmiş 10599.8 hektar taxıl sahəsi biçilmiş və 42056.1 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 0,9 sentner artaraq 39,7 sentner olmuşdur. 6056,9 hektar buğda sahəsindən 25620 ton buğda, 4542,9 hektar arpa sahəsindən 16436,1 ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,7 sentner təşkil etmişdir. Ötən ilə nisbətən buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı 2,5 sentner artmışdır. Rayonumuz buğdanın məhsuldarlığına görə əvvəlki illərdə olduğu kimi bu il də respublikada ön sıralardadır.
Rayonda 2981 hektar sahədə pambıq, 307,1 hektar sahədə şəkər çuğunduru, 1852,1 hektar sahədə dən üçün günəbaxan əkilmişdir.
Cari ildə rayonumuzun kümçüləri 12,1 ton barama tədarük etmişlər.
2020-ci ilin 6 ayı ərzində rayonda süni mayalanma yolu ilə 711 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 654 baş buzov doğulmuşdur.
Sonra qeyd olunmuşdur ki, rayonda movcud olan 531 ədəd subartezian quyularından 521 ədədi saz və işlək vəziyyətdədir.
Bundan əlavə cari ildə ölkə Prezidentinin Sərəncamı ilə daha 21 ədəd yeni subartezian quyusu qazılması nəzərdə tutulmuş və hazırda 9 ədəd quyuda qazma işləri başa çatmışdır.
Sonra rayonun təhsil sahəsindən görülən işlərdən danışılmışdır.
14 mart 2020-ci il tarixdən Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində işləyir. Mövcud pandemiya ilə əlaqədar 1 iyul 2020-ci il tarixədək 1786 nəfərdən COVİD-19 pandemiyası ilə əlaqədar yama götürülmüş, 37 pozitiv cavab olmuş, xəstələr karantin xəstəxanalarında müalicə alıb sağalmışlar.
İclasda Milli Məclisin deputatı Sahib Alıyev çıxış etmişdir.
Müzakirələrdə Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Feyruz Babayev, “MKT İK” MMC-nin “MKT” Tərtər filialının direkto-ru Fəqani Hacıyev, İmişli Şəkər İstehsalat Birliyinin Tərtər bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibov, Su-kanal idarəsinin rəisi Elnur Abbasov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, rayon mər-kəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, direktor Yaşar Hüseynov, Elektrik şəbəkəsinin rəisi Vilayət Qafarov, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, Dəmirçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov da iştirak etmişlər.
“Yeni Tərtər”
-
20Avq
Müəllif: Redaktor, 11:19