
Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Diqqətə çatdırılıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Daha ətraflı »




Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb.







3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Tərtərdə 27 sentyabr–Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin önündə rəsmi anım tədbiri keçirilib.
27 sentyabr–Anım Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən anası Səadət Bağırovanı evində ziyarət edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Surxayzadə Cahangirin atası Hətəm Əliyevi ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar