Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.
Ballıqaya (əvvəlki adı: Kiçan) oykonimi Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır. Etimologiyaya görə qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. Sahəsi 674 hektardır. Əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Kənddə orta məktəb, klub, yardım stansiyası və s. mövcuddur.
Daha qədim mənbələrdən biri isə onu deməyə əsas verir ki, ərazi alban ərazisi olduğu üçün Ballıqaya oykonimi burada məskunlaşmış bal tayfasından adını almış etnotoponimdir. Bir qədər tarixə ekskurs edək. Nəzərinizə çatdırım ki, mənbənin bu hissəsi olduqca maraqlıdır:
Yazılı mənbələrdə ballar ilə Artsax arasında IX əsrdə baş vermiş hərbi toqquşma-lar qeydə alınmışdır. Çox güman ki, bu toqquşmalar ballar öz heyvan sürülərini dədə-babalarına məxsus olan Artsax yaylaqlarına sürdükləri zaman baş verirdi. Belə hərbi münaqişələrin birində Amaras vilayəti çox böyük dağıntılara məruz qalmışdı. Lakin sonralar bal – Artsax münasibətləri diplomatiya yolu ilə nizamlanmışdı. Gəncəsər məbədində 1266-cı ildə həkk edilmiş yazıdan məlum olur ki, Artsaxın alban hökmdarı Həsən Cəlal Bal hökmdarının nəvəsi Mamkan ilə evlənmiş, bu nigahdan onların Atabəy adlı oğulları dünyaya göz aç-mışdı. Həmin Atabəy atasının ölümündən sonra Artsax hökmdarı olmuşdu. Daha ətraflı »


2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.




Aişə Bayramlı 9 may 2008-ci ildə Tərtər şəhərində anadan olub, 16 yaşı var. Tərtər şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Bu yaxınlarda dünya nüfuzlu “Beynəlxalq Bakalavriat (IB)” məktəbi olan, dünyanın bir çox ölkələrindən xüsusi istedadlı gənclərin təhsil aldığı “UWC Mostar”a 50% təqaüdlə 11 və 12-ci sinif təhsili almaq üçün qəbul edilib və həmin məktəbə qəbul olan ilk azərbaycanlıdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Bayandur kəndində keçirilib.
Pambıqçılıq çətin və məsuliyyətli bir sahə olsa da, Tərtər rayonunda təsərrüfatın bu qoluna maraq çoxdur. Ona görə ki, illərin təcrübəsi var: insan bütün çətinliklərə sinə gəlib zəhmətinin əvəzini görəndə, gəliri yaxşı olanda, evinə yaxşı qazanc, ruzi-bərəkət aparanda heç bir çətinlik gözünə görünmür.
Emil 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir.
Yeni ismarıclar