Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,744
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    Hər il olduğu kimi, bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olunub.
    Bayram münasibəti ilə şə-hərin Cavanşir küçəsi, 84 ünvanında yerləşən kəsim məntəqəsində, bütün gigiyenik qaydalara və dini ənənələrə əməl edilərək, qurban kəsiləcək heyvanlara Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub, sonra qurbanlar kəsilib.
    Kəsim məntəqəsində olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs bayram münasibətilə tərtərliləri təbrik edərək bildirib ki, xalqımız həmişə milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. İnsanları bir-birinə yaxınlaşdıran bu bayram bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzidir.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kəsilən qurbanlar şəhid ailələrinə, qazilərə, ağsaqqallara və daha çox yardıma ehtiyacı olan ailələrə göndərilib.

     

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.