İsti yay günlərində kəndimizdəki subartezian quyularından biri işləmirdi. Rayon rəhbəri əhali ilə görüş keçirərkən, bu məsələni onun diqqətinə çatdırdıq.
Səyyar-qəbul görüşdə əlaqədar təşkilatın rəhbərinə tapşırıq verildi və problem ləngimədən həllini tapdı. Belə ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən subartezian quyusunun nasos aqreqatı təmir olunaraq sakinlərin istifadəsinə verildi.
Bundan başqa, kəndimizdəki köhnə subartezian quyularından birinin bərpa edilməsi böyük razılıq hissi ilə qarşılanıb.
Suvarmada yaranan problemlərin vaxtında aradan qaldırılması bol kənd təsərrüfatı məhsulları istehsal etməyimizə kömək olur.
Müşfiq ƏLİYEV,
Hüsənli kəndinin sakini