Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində olan alaq otları biçilərək təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan tullantılar toplanaraq götürülüb.
İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiy-yətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrinin davam etdirilməsi və ətraf mühitin qorunmasından ibarətdir.