Kənddə yaşayanların qayğıları heç zaman bitmir. Bunlardan ən başlıcası suvarma ilə bağlıdır. Kəndlinin suyu varsa, üzü güləcək, məhsulu bol olacaq.
Bu məqsədlə son vaxtlar rayonumuzda sudan səmərəli və qənaətlə istifadə edilməsinə böyük diqqət göstərilir. Elə bizim kəndə gələn suvarma arxının təmizlənməsi də buna misaldır. Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin maşın-mexanizmləri tərəfindən arx lildən təmizləndikdən sonra suyumuz xeyli artıb. Bundan sonra şəhid atası Bəhruz Qasımovun rayon rəhbərinə müraciəti əsasında suvarma arxı təmizlənən zaman ətrafa tökülmüş lil qatı da ərazidən götürülüb.
Hal-hazırda tarlalarda işin qızğın çağıdır. Belə vaxtlarda həyatımızda bir problem yarananda, uzağa gedib vaxt itirmək lazım deyil.
Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında rayon rəhbəri ayrı-ayrı idarə və müəssisə rəhbərləri ilə birlikdə vaxtaşırı yerlərdə olur, qayğılarımızla maraqlanır, operativ həll edirlər. Belə münasibət insanlarda rahatlıq hissi yaradır.
Rahil TAPDIQOV,
Kəngərli kəndinin sakini