Şəhid ailəsinin qonaqları
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qazyan kəndində şəhid Salaməddin Əliyevin ailəsində olub, atası Yusif Əliyevi 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Şəhid Əliyev Salaməddin Yusif oğlu 1979-cu il oktyabr ayının 5-də Qazyan kəndində anadan olmuşdur. 1997-ci ildə Qazyan kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasına getmiş və 2001-ci ilin oktyabr ayınadək orada olmuşdur. 2001-ci il oktyabr ayının 2-də Tərtər rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissədə kəşfiyyat bölüyünün əsgəri olmuşdur. 25 iyun 2002-ci il tarixdə verilmiş hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Yusifcanlı kəndində düşmən tərəfindən atılan güllədən aldığı xəsarət nəticəsində şəhid olmuşdur.
Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.