Rayonumuzdakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
Görüşdə yazıçı-publisist, millət vəkili Aqil Abbas, şair Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli iştirak və çıxış ediblər. 
Öncə Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, birinci ledi, YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töfhə vermək məqsədi daşıyır. Daha ətraflı »
-
18NoyXəbərlər “CANIMIZ QARABAĞ, YAZIMIZ QARABAĞ!” LAYİHƏSİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18NoyDigər Azərbaycan Yazarlar Birliyinin sədri Elçin Hüseynbəyliyə məktub üçün şərhlər bağlıdır
DANIŞA BİLMƏDİM…
Hörmətli Elçin müəllim!
Siz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
Özünüz də bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonundan biz bu odun-alovun içərisindəyik. 1993-cü ilin ilaxır gecəsi idi. Elə bil təbiət tərtərlilərin könlünü almaq üçün baharı vaxtından bir az da əvvəl gətirmişdi. Hər yan elə gözəl idi ki, belə bir vaxtda insan müharibənin dəhşətləri haqqında düşünmək istəmirdi. Amma müharibə gedirdi və bu, reallıq idi. Ona görə də biz Novruz bayramını nə qədər sevsək də, tək-tük adamlar həyətlərində tonqal qalamışdılar. Bayram aşı süfrələrə gəlməmiş, ermənilər şəhərimizi “Qrad” qurğularından atəşə tutdular. Səhəri necə açdığımızı bilmədik. Işə gələndə, redaksiyamızın binasını da, şəhərdəki bir çox evləri də darmadağın edilmiş gördük. Ölənlər də vardı.
Çox təəssüf edirəm ki, o zaman redaksiyamızın arxivi də dağıldı. Mən onda məsul katib idim. Mos-kva televiziyası “Vremya” verilişində dağılmış iş otağımı, yanmış qəzet qovluqlarını göstərmişdi.
Bir dəfə isə mərmi həyətimizə düşdü. Iki kiçikyaşlı qızımla evdəydik. Ayaqqabılarımızı geyinməyə macal tapmadıq. Daha ətraflı »Teqlər: Digər
-
18NoyDigər HEÇ KİM ÖZ XOŞU İLƏ PİS YOLLARIN QURBANI OLMUR üçün şərhlər bağlıdır

25 ildən çoxdur ki, Azərbaycan müstəqillik şəraitində yaşayır. Bu müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə əsaslı islahatlar aparılmış, ölkəmiz bölgədə lider dövlətlərdən birinə çevrilmişdir. Hazırda dünyanın hər yerini bürüyən inflyasiyaya baxmayaraq, Azərbaycanda sabitlik, dayanıqlı inkişaf qorunub saxlanılır və biz öz yolumuzla inamla gedirik. Belə bir dövrdə cəmiyyətimizdə qadınlara qarşı zorakılıq hallarının müxtəlif formalarda təzahür etməsi dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Məhz bu baxımdan qadın hüquq və azadlıqlarının qorunması istiqamətində mübarizənin gücləndirilməsi hazırda qarşıda duran çox mühüm vəzifələrdən biridir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, Azərbaycan bu sahədə bir sıra beynəlxalq sənədlərə imza atmış, konvensiyalara qoşulmuşdur.
Belə ki, 1995-ci ildə Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin” bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı imzalamışdır. Daha ətraflı »Teqlər: Digər
-
18NoySəhiyyə Vacib məsələ üçün şərhlər bağlıdır
GƏLƏCƏYİNİZİ SAĞLAM DÜŞÜNÜN
Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
1. Hemoqlobinopatiyalar: (böyük beta talassemiya, aralıq beta talassemiya, dre-panotalassemiya, oraqvari hüceyrəli anemiya)
2.İİV/QİÇS
3.Sifilis.
Millətin bugünkü sağlamlığı fertil (18-49 yaş) yaşlı şəxslərin sağlamlığı ilə müəyyən edilir, lakin millətin gələcəyi uşaq və yeniyetmələrin sağlamlığı ilə müəyyən edilir. Çünki yeniyetmələr və gənclər millətimizin irsi fondunun təmsilidir. Uşaqlar və yeniyetmələr “Umid nəsli” hesab olunur. Uşaqların, yeniyetmələrin və anaların sağlamlığının və həyatının qorunması səhiyyənin prioritet problemidir.
Azərbaycan dünyada talassemiyanın ən cox yayıldığı ölkələrdən biridir. Respublika əhalisinin hər 10-12 nəfərin-dən biri, təxminən 1mln. talassemiyanın daşıyıcısıdır və hər il 300 böyük talassemiyalı uşaq anadan olur. Talassemiya nəsildən-nəslə kecən irsi qan xəstəliyidir. Daha ətraflı »Teqlər: Səhiyyə
-
18NoyDigər Bizim istedadlılar üçün şərhlər bağlıdır
“ÖZ BƏXTİNƏ HƏR KƏS BİR ÜLKƏR SEÇİR”
Onun adı Ülkərdir. Cəmi 12 yaşı var. Amma artıq əsl ulduz kimi parlayıb. İstedadı ilə təkcə rayonumuzda deyil, respublikamızda tanınıb.
Ülkər adının mənası ilə maraqlanıram. Bir rəvayət yadıma düşür. Deyilənə görə, Ülkər ulduzu vaxtı ilə gözəl bir qız imiş. Bir dəfə qışın oğlan çağında onlara məxsus mal-qaranın otu qutarır. Qışın bu vaxtında otu hardan tapmaq olar. Əyər belə getsə mal, qoyun tamam acından öləcəkmiş. Ülkərin atası gedib ağaya hal-qəziyyəni danışır. Bu qoca zalım ağa isə şərt kəsir ki, mən istədiyin qədər ot verərəm, ancaq sən gərək öz qızını mənə verəsən. Kişi çox yalvarır, ağa az eşidir, dediyindən dönmür. Axır naəlac qalıb razılaşır, gəlib vəziyyəti qızına danışır. Qız bütün günü göz yaşı tökür, öz halını düşünüb ağlayır.
Ülkər gecə kədərli-kədərli göyə baxıb əhvalını danışır, kömək istəyir. Göydə ayın lap nazik olduğunu görür, gəlib atasını yuxudan oyadıb deyir:
Ay göydə sallandı, ay dədə,
Daha yaza nə qaldı, ay dədə,
Vermə məni qənim əlinə. Kişi tez eşiyə çıxır. Gözlərinə inanmır. Hər yan dizə qədər boy vermiş göy otla dolu idi.
Bundan bərk sevinir. Ancaq evə girib qızını görmür. Çünki onun gözəl qızı ulduz olub göyə çıxmışdı. O vaxtdan deyirlər, göydəki ən parlaq ulduz Ülkər ulduzudu. Atası yuxudan durana qədər göylərdən çəkilməyib yaza nə qədər qaldığını ona bildirir. Daha ətraflı »Teqlər: Digər
-
18NoyDigər DÜNYASININ ŞAQRAQ SƏSLİ BÜLBÜLÜ üçün şərhlər bağlıdır
Tərtər rayonunda çox az adam tapılar ki, Aytac Süleymanzadəni tanımasın. Onun elə də çox yaşı yoxdur. Hələ 5 yaşı olarkən rayonun mötəbər tədbirlərində öz çıxışı ilə hamını riqqətə gətirmişdi, ürəklərdə özünə yer eləmişdi.
Aytac qaçqınçılığı dərk etməyən vaxtında Xocalı faciəsinin qurbanı olmuş, hər iki valideynini itirmiş azyaşlı uşaqların rolunu ifa etmişdi. Kiçik qızcığazın Xocalı dəhşətini ürəkdən yaşaması, onu tamaşaçıya çatdırması onun özü ilə birgə doğulmuş istedadından irəli gəldi.
Aytac kimdir?
Aytac Süleymanzadənin bütün doğmaları – ata-anası, nənə-babası, əmisi, dayısı, xalası, bibisi öz doğma yurd-yuvalarına, gözəl İstisu kurortuna, gül-çiçəkli dağlarına, saf bulaqlarına həsrət qaldığı Kəlbəcər rayonundan qaçqına çevrilərək, Tərtərdə məskunlaşmış bir ailənin övladıdır. Bəlkə də onun bu istedadı doğma yurdun bir nişanəsidir. Ulu Tanrı tərəfindən töhfə verilib?!
Hazırda o, Tərtər şəhər 1 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur, musiqi məktəbinin 4-cü sinfində for-tepianodan musiqi təhsili alır. Ən fəal şagirdlərdən biridir. Onun ifasında səslənən “Ana Kür” “Anam Azərbaycan” mahnıları xüsusi maraqla qarşılanır. Daha ətraflı »Teqlər: Digər
-
11NoyDigər Azərbaycan multikulturalizmi ABŞ mətbuatında üçün şərhlər bağlıdır

Bugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.Multikulturalizmin Azərbaycan modeli
2016-cı ilin iyul ayında, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yay məktəbində mühazirə ilə çıxış etmək üçün Azərbaycandan dəvət aldım. Mühazirəmin mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi mövzusuna həsr eləmişdim. Mövzu Avropa və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin böyük marağına səbəb oldu.
Daha sonra bu gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən) aktiv fəaliyyət göstərir. Bu iki gənc lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun, eyni zamanda başqa mədəniyyətlər tərəfindən öyrənilməsinin və örnək kimi seçilməsinin təbliği istiqamətində beynəlxalq konfranslar keçirməyi planlaşdırırlar. Daha ətraflı »
Teqlər: Digər
-
08NoyXəbərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır
TOLERANTLIQ MƏKANI

Heydər Əliyev Mərkəzində 16 noyabr–Ümumdünya Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun professoru, Azərbaycan Resbublikası Prezidenti yanında “Bilik” Fondunun məruzəçisi Mətləb Mahmudov çıxış edib. O bildirib ki, bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsi kimi tanınır. Ölkəmizdə müxtəlif millətlərin, dinlərin, konfessiyaların nümayəndələri eyni hüquqlara malikdirlər. Azərbaycanın multikulturalizm modeli artıq başqa ölkələrdə də öyrənilir.
Milli və dini ayrıseçkilik insanlara yanlız bəla gətirir, müharibələr doğurur.
Tədbirdə Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov çıxış edərək maraqlı mühazirə üçün qonağa minnətdarlığını bildirib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08NoyDigər Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir üçün şərhlər bağlıdır

Bu yaxınlarda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz yüksək iqtisadi inkişafa nail olub, uğurlu daxili və xarici siyasəti ilə dünyada layiqli yer tutub. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
Hazırda bütün dünyada hökm sürən böhran və inflyasiyaya baxmayaraq, ölkəmizdə müəyyən edilən uzunmüddətli proqramlar həyata keçirilməkdədir, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra çox mühüm layihələr icra olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixinin uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olunur.
Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Daha ətraflı »Teqlər: Digər
-
08NoyXəbərlər BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

Rayonumuzun Bayraq meydanında Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr–Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağım-varlığım-bəxtiyarlığım” devizi altında möhtəşəm tədbir keçirilib.
Tədbiri polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib. Bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin Tərtər rayonunda keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə bütün rayon sakinlərinin minnətdarlığını çatdırıb və bu bayrağın etibarlı əllərdə olduğunu söyləyib. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar