Ulu Öndərimiz Heydər.Əliyev hakimiyyətə gələn zaman Azərbaycan Konstitusiyasına əlini basaraq and içmişdi. And yerimiz olan Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi hesab olunur.
Azərbaycan tarixdə ilk dövlətdir ki, bir əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Birinci dəfə 1918-ci ildə müstəqil olduq və İstiqlal Bəyannaməsini qəbul etdik, qanunlarımızı yazdıq. Lakin bu müstəqillik bizə 23 ay nəsib oldu. 1991-ci ildə biz yenidən müstəqillik əldə etdik. Ulu Öndərin sözləri ilə desək: “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir.” Biz yeni Konstitusiya qəbul etdik. Bu Konstitusiya xalqa xidmət edir və xalq tərəfindən səsvermə yolu ilə qəbul olunub.
2016-ci il sentyabrın 26-da ölkəmizdə ümumxalq referendumu keçirildi. Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr xalqın səsverməsi yolu ilə qəbul olundu. Bütün bunlar xalqın rifahının yaxşılaşmasına xidmət edir.
Müstəqil Azərbaycan Konstitusiyasının 24 maddəsinə belə bir əlavə edilib: “İnsan ləyaqəti qorunur və ona hörmət edilir”.
Bu sözlər Azərbaycan Respublikası vətəndaşlarına hörmətin rəmzidir. Konstitusiyamıza edilən bu cür yeniliklər üçün ölkə Prezidenti cənab İlham Əliyevə qəhrəman tərtərlilər adından təşəkkür edirəm.
Kifayət Kərimova,
Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbin tarix müəllimi


16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edil-diyi gündür.
Azərbaycanın Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olunmuşdur. Bayramın tarixi isə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan meydan hərəkatı ilə bağlıdır. O zaman Bakının əsas meydanı olan Lenin adına, indiki Azadlıq meydanında Ermənistanın torpaq iddialarına, SSRİ hökumətinin bu iddialara dolayı yolla dəstək verməsinə və Azərbaycan rəhbərliyinin bu məsələdə qətiyyətsiz mövqeyinə etiraz əlaməti olaraq başlanan tələbə hərəkatı ümummilli mitinqlərlə nəticələndi. Bu mitinqlərdə milyonlarla insan iştirak edirdi.
Müstəqil dövlətin rəmzlərindən biri də onun bayrağıdır. Üçrəngli ay-ulduzlu bayrağı.
Redaksiyamızda şair–publisist Tofiq Yusiflə mədəniyyət işçilərinin rəsmiyyətdən uzaq, səmimi bir görüşü baş tutdu. Tofiq müəllim keçdiyi ömür yolu, yaradıcılığı barədə məlumat verdi. Rayonumuzda yaşayan və yaradıcılıqla məşğul olan çox istedadlı adamların adlarını çəkdi. Onların rayon əhalisinə tanıdılmasının vacibliyini qeyd etdi. Özünün çox duyğulu bir şeirini oxuyub, hamını kövrəltdi.
Bərabər imkanlar Mərkəzi İctimai Birliyi rayonumuzda “Mədən sənayesində şəffaflıq” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Birliyin nümayəndələri Rafiq Təmrazov və Taleh Əliyev Azərbaycanda neft hasilatının keçmişi və bu günü, həmçinin bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu cür tədbirlərin həyata keçirilməsi nəticəsində hökumətin vətəndaşların adından idarə etdiyi gəlirlər barədə ictimaiyyətə məlumatlar açıqlanır və bununla hesabatlılıq daha da artırılır.
Kənd təsərrüfatı. 2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 43 milyon 252,9 min manat təşkil etmişdir ki, onun 16 milyon 27,5 min manatı heyvandarlıq, 27 milyon 225,4 min manatı bitkiçilik məhsulları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 3,2 faiz artmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalı insanların ətraf mühitə birbaşa təsiri ilə bağlı olub, təbii mühitin dəyişməsi, ekoloji tarazlığın pozulması ilə müşahidə edilir. Kənd təsərrüfatı istehsalı ilə bağlı yaranan ekoloji problemlərin həlli ətraf təbii mühitə təsirlərin minimuma endirilməsini və onun müxtəlif səbəblərdən çirklənməsinin qarşısının alınmasını tələb edir. Bu istehsalın zəruri tərkib hissəsi olan kimyalaşma və xüsusilə bitki mühafizə işləri daha böyük xüsusi çəkiyə malikdir. Kimyəvi mübarizə üsullarından, xüsusən də, mineral kübrələrdən istifadə etmədən yüksək və sabit kənd təsərrüfatı məhsulları istehsal etmək mümkün deyil. Lakin kənddə yaşayan torpaq və əmlak payı almış əhalinin böyük əksəriyyəti peşə vərdişlərinə malik olmadığından, bitkilərə ziyan vuran zərərverici və xəstəliklərə qarşı mübarizədə istifadə olunan üsulların, vasitələrin və dərman maddələrinin tətbiqində çətinlik çəkirlər. Kimyəvi mənşəyi, təsir mexanizmi və s. məlum olmayan belə preparatların tətbiqi müəyyən ekoloji problemlər yaradır, ətraf mühitin çirklənməsinə səbəb olur.
Əski Sovetlər dönəmində kəndimizin adı pambıqçılıq sahəsində həmişə qabaqcıllar sırasında çəkilərdi. Sonralar təsərrüfatın bir sıra sahələri kimi pambıqçılığa da maraq azaldı. Daha doğrusu, bu sahə tamamilə unuduldu.
Yaşadığımız Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üç kəndi–Ələsgərli, Bayandur və Yenikənd kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 3 min nəfərə yaxın əhali var. Bundan başqa, ərazidə 250 nəfər də qaçqın və məcburi köçkün məskunlaşıb. Həmin insanlar da yerli camaata qaynayıb-qarışıblar.
Yeni ismarıclar