26Yan
AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR
Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
26Yan
İL İLDƏN UĞURLU GƏLİR

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində bildirdi ki, bizim nümayəndəliyin ərazisi 1271 hektar, əhalisinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb və bu ailələr 247 nəfəri əhatə edir. Ərazidə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, klub, kitabxana, poçt-rabitə şöbəsi, müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.
Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
26Yan

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Monitorinq insidentsiz başa çatıb.
Teqlər: Digər
26Yan

Rayon Gənclər Mərkəzində Yevlax Gömrük İdarəsi tərəfindən “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikası Gömrük Xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə həmin idarənin əməkdaşları–Nurlan Nuruyev, Ramil Mədətov və Xətai Məmmədli iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin banisi Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən ətraflı məlumat verildi. Qeyd edildi ki, məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Daha sonra natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasətinin onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirdilər. Daha ətraflı »
Teqlər: Xəbərlər
26Yan

Cəbhə xəttinin lap yaxınlığında yaşayan Qaraağacı, Qaradağlı və Qapanlı kəndlərini birləşdirən Qaraağacı kənd İƏD-də keçirilən hesabat yığıncağında öncə aprel hadisələri zamanı bu kəndlərdə mülki əhalinin hərbçilərimizlə sıx birliyindən danışıldı. Qeyd olundu ki, may ayında Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə Qapanlı kəndinə gəlməsi, sakinlərlə səmimi görüşü, onların qayğıları ilə maraqlanması və bunların həlli üçün görülən işlər insanlarda ruh yüksəkliyi yaratdı.
Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidovun illik hesabat məruzəsində bütün bunlar haqqında ətraflı söhbət getdi. Bu münasibətlə keçirilən yığıncaqda qeyd olunub ki, düşmənlərin bütün təxribatlarına baxmayaraq, ərazidə yerləşən kəndlərin sakinləri dinc quruculuq işləri ilə, əkin-biçinlə məşğul olurlar.
Hesabat məruzəsində göstərildi ki, aprel hadisələri zamanı nümayəndəliyin ərazisində bir neçə evə dəymiş ziyan tez bir zamanda dövlət vəsaiti hesabına aradan qaldırılıdı. Daha ətraflı »
Teqlər: Xəbərlər
26Yan

Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması “Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayonunda dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
26Yan

Quruculuq işləri rayon mərkəzində olduğu kimi, kəndlərimizdə də davam etdirilir– yeni yollar çəkilir, obyektlər tikilir, yaşayış evləri istifadəyə verilir və s. Qaradağlı İƏD üzrə nümayəndə Razil Məmmədov illik hesabat məruzəsində qeyd etdi ki, bu dairəni əhatə edən iki kənddə qazlaşdırma işləri başa çatdırılıb. Bundan başqa, elektron avtomat telefon stansiyası yenidən qurulub, nömrələrin sayı 250-dən 400-ə çatdırlıb.
Əhalinin içməli suya olan tələbatını ödəmək üçün 2 ədəd subartezian quyusu əsaslı tə-mir olunub, bundan başqa 1 ədəd yeni subartezian quyusu vurulub.
Kəndarası yolların təmiri işləri də gündəlikdə duran əsas vəzifələrdən biri olub. Kənd əhalisinin əksər evlərində internetdən istifadə edilir.
Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin ərazisi 1484 hektardır. Nümayəndəliyin 752 təsərrüfatı olmaqla, əhalisinin sayı 3169 nəfərdir. Ərazidə 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb. Bu ailələr 127 nəfər soydaşımızı özündə birləşdirir.
İllik hesabat yığıncağında çıxışlar oldu. Qaradağlı Bələdiyyəsinin sədri Novruz İbrahimov bildirdi ki, kənd bələdiyyəsi ötən il ərzində əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün müəyyən işlər görmüş, il ərzində 2 kilometr kəndarası yollara qum, çınqıl verilmiş, 5 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
26Yan
Əlamətdar və tarixi hadisələrlə zəngin olan 2016-cı il artıq arxada qaldı. Bizim Tərtər Suvarma Sistemləri İdarəsinin kollektivi ili yaddaqalan göstəricilərlə başa vurub. İdarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13 min 376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı subartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İnçəçayın altında yerləşir.
2016-cı ildə rayonun təsərrüfatlarının suvarılması üçün 83 milyon 82 min kubmetr su götürülmüş və 58 milyon 158 min kubmetr su sahələrə verilmiş, 37 min 560 hektar kənd təsərrüfatı bitkiləri suvarılmışdır. Beləliklə, su satışı planı 29 min 79 manat məbləğində yerinə yetirilmişdir.
Il ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat vəsait ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən, ayrılmış vəsait hesabına 20 ədəd hidropost və beton kanallar cari təmir edilmişdir. 452 min kubmetr məsafədə maşın–mexanizmlərlə lildən təmizləmə işləri görülmüşdür. Bütün bunlarla yanaşı “Buruc-Sarıcalı” arxının 300 p/metri beton üzlüyə alınmış, Mollalar kanalının 1000 p/metri betonla üzlənmiş, 3 ədəd hidrotexniki qurğu quraşdırılmışdır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
25Yan
AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN HƏMYERLİMİZ

Ötən ilin Novruz bayramı günləri idi. Həmişəki kimi Tərtərin mərkəzi meydanında bayram şənliyi keçirilirdi. Şənlikdə rayon sakinləri ilə yanaşı qonaqlar da vardı. Onların arasında hündürboylu, yaraşıqlı bir qadın diqqətimi cəlb etdi. Bir azdan o, aparıcı tərəfindən şənlik iştirakçılarına təqdim olundu: Abdullayeva (Həsənova) Mehriban Surxay qızı. Onu da öyrəndik ki, Mehriban xanım Moskva şəhərində yaşayır, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dili fənnini tədris edir. Mehriban xanım Rusiyada yaşayan həmvətənlərimiz adından tərtərliləri bayram münasibəti ilə ürəkdən təbrik etdi. Sonra şənlikdə onun atası Surxay Həsənovun sözlərinə yazılmış “Tərtərim” mahnısı səsləndi. Moskvadan gəlib tərtərlilərlə birgə Novruz bayramını qeyd etməsi də, şənlikdə rayonumuza aid mahnının səslənməsi də Vətəndən uzaqda yaşayan bu qadının sonsuz vətən sevgisinin təsdiqi idi. Daha ətraflı »
Teqlər: Digər
25Yan
ÇİTADAN İSMAYILBƏYLİYƏDƏK 33 İLLİK ÖMÜR YOLU

Azərbaycan tolerant ölkədir. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Rayon statistika idarəsinin məlumatına görə, Tərtərdə azərbaycanlılarla çiyin-çiyinə 26 kürd, 52 rus, 3 tatar, 4 uk-raynalı, 1 yəhudi, bir neçə ləzgi və digər xalqların nümayəndələri yaşayır. Onların hər biri ölkəmizin bərabər-hüquqlu vətəndaşıdır və rayonumuzda aparılan quruculuq proseslərində fəal iştirak edir.
Bu gün qeyri millətin nümayəndələrindən biri–Çita vilayətində doğulmuş, milliyətcə rus olan Nataşa Burdin-skayanın, hal-hazırda Babayevanın həyat yolundan danışacağıq.
* * *
Əsgərlik həyatının başa çatmasına az qalmışdı. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil axı, iki ilə yaxın müddətdə onlar lap dünyanın o başında, Çitada xidmət etmişlər.
Hər kəsin evləri üçün burnunun ucu göynəyirdi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar