Bu günlərdə “Azərbaycan” qəzetində tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun “Bakı–həyat ağacı” məqaləsini oxudum. Vaxtilə onun xalqını təmsil edənlər ermənilərlə birlikdə Bakıda yanvar qırğınını törətmişlər. Indi isə Aleksandır Proxanov müasir azərbaycanlılar haqqında belə deyir: “Azərbaycanlılar təbiət etibarilə müharibəyə deyil, ticarətə, vuruşmağa deyil, dostluğa və barışığa meyl göstərən sülhsevər və şən xalqdır. Indi isə yeni ölkədə avanqard arxitekturanın əhatəsində, yeni tarixi və mədəni vəzifələrin təsiri, daim səfərbərliyin təyziqi altında çoxmillətli, yaradıcı, şüurunda öz xalqının misilsizliyi ideyası olan, bəxtinə parçalanmış sərsəm dünyaya harmoniya və həmrəylik örnəyi nümayiş etdirmək kimi tarixi missiya düşmüş yeni Azərbaycan milləti yaranır.”
Bəli, Azərbaycan bu sərsəm dünyada harmoniya yaratmağa çalışır. Amma hər kəs bilməlidir ki, azərbaycanlılar müharibəni sevməsələr də, lazım gəldikdə, əllərində silah öz vətəndaşlarını, öz torpaqlarını qorumağa qadirdirlər. Körpə Zəhranın və onun nənəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, günahsız dinc sakinin yaralanması hər kəsdə qəzəb və nifrət hissi oyadıb.
Məktəb direktoru işlədiyim Qapanlı kəndi cəbhə xətdinin bir neçə yüz metrliyində yerləşir. Bu kəndin və ona qonşu olan digər yaşayış məntəqələrinin də dinc sakinləri tez-tez erməni vandalizminə və güçlü atəşə məruz qalırlar. Burada da erməni quldurlarının açdıqları atəş nəticəsində vaxtaşırı ölüm və yaralanma halları baş verir, əhalinin rahatlığı pozulur, evlərə və təsərrüfatlara ciddi ziyan dəyir.
Bu vəhşiliklərə son qoyulmasının vaxtı çoxdan çatıb. Bütün dünya ictimaiyyətinin diqqəti ermənilərin alçaq və şərəfsiz əməllərinə yönəldilməlidir.
Fitat Əliyeva,
Qapanlı kənd tam orta məktəbinin direktoru