Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    Tərtər rayon dindarları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar bəyanat verib.
    Tərtər Cümə Məscidi Dini İcmasından AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “İyulun 4-ü axşam erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın həlak olması bütün Azərbaycan xalqı kimi biz cəbhə bölgəsində yaşayan sakinlərin, eləcə də Tərtər dindarlarının da etirazına səbəb olub.
    Ermənistan silahlı bölmələri atəşkəs rejimini mütəmadi olaraq pozur, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəş altında saxlayır. Ermənistan ordusunun ötən ilin aprel ayında Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Həsənqaya kəndində yaşayan 16 yaşlı Turanə Həsənova da həlak olmuşdu. Nə 2 yaşlı Zəhra, nə də 16 yaşlı Turanə döyüşən əsgər deyildilər. Göründüyü kimi, Ermənistan ordusu vandalizm nümayiş etdirir, günahsız insanların, qadınların, uşaqların qanını tökməkdən çəkinmirlər.
    Tərtər Cümə Məscidi Dini İcmasının dindarları erməni vandalizmini qətiyyətlə pisləyir, bütün dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı siyasətinə etiraz etməyə səsləyir. Tərtərli dindarlar dünya ictimaiyyətini hadisələrə düzgün qiymət verməyə, erməni vandalizminə yox deməyə çağırır.

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.